Cümə axşamı, 28 Mart

Müəllimlərə vaksinin dördüncü dozası məcburi vurulur? - AÇIQLAMA

image

Bakının Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində çalışan işçilər vaksinin dördüncü dozasının vurulmasına məcbur edilir. 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 

İddia edilib ki, buna səbəb Azərbaycanda “Omikron” ştammının yayılmasıdır. 

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil Nazirliyi ilə əlaqə saxladıq. 

Xəbər verilir ki, COVID-19 infeksiyası ilə bağlı peyvəndin dördüncü dozasının vurulması barədə təhsil müəssisələrinə göstəriş verilməyib:

“Peyvəndin vurulması könüllülük prinsipi əsasında həyata keçirilir”.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Azərbaycanda “Omikron” ştammı qeydə alınmayıb. 

Xatırladaq ki, təhsil naziri Emin Əmrullayev 90 mindən artıq təhsil işçisinin 3-cü doza vaksin vurdurduğunu açıqlamışdı.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45