Cümə axşamı, 28 Mart

Gülşən açıq-saçıq libası ilə gündəm oldu - FOTOLAR

image

Məşhur türkiyəli müğənni Gülşən geyimi ilə yenidən gündəm olub.

Xəbər verilir ki, məşhur müğənni Gülşən ötən axşam Bursada izləyiciləri ilə görüşüb. Gülşən mahnıları ilə sevənlərini əyləndirərkən, geyim seçimi ilə də gecəyə damğasını vurub.

Müğənni əvvəlki bəzi konsertlərində olduğu kimi iddialı geyimi ilə səhnəyə çıxıb. Dərin yarıqlı, kürəyi və beli dekolteli libas geyinməyə üstünlük verən Gülşənin üslubu sosial şəbəkələrdə də müzakirə olunub. Müğənninin geyimini bəyənənlərlə yanaşı, şişirdilmiş hesab edənlər də olub.

1,6 milyon izləyicisi olan “İnstaqram” hesabında gecədən fotoları yerləşdirən Gülşənin paylaşdığı paylaşımı 95 mindən çox insan tərəfindən bəyənilib.

Qeyd edək ki, Gülşənin ”Alaçatı” konsertində geyindiyi libas da uzun müddət müzakirə edilmişdi. Məşhur müğənni reaksiyalardan sonra sosial şəbəkə hesabından mövzu ilə bağlı açıqlama vermişdi:

“Azad bir insan olaraq nə geyinəcəyimə mən qərar verirəm. Gündəmimizdə qadın və kişilərin yaşadığı ciddi şiddət hadisələri varkən, hər iki tərəfin bir-birindən üstün olmadığını qəbullanmaq lazımdır.Mən və Ozan birlikdəyik. Nə edəcəyimizə qərar verəcək yaşda və zəkadayıq. Azadlıqları məhdudlaşdıran hər şeyə qarşı olmalıyıq.”- deyə bildirmişdi.







Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45