Çərşənbə, 19 Yanvar

Azərbaycanda 11 yaşlı oğlanın qardaşını güllələyərək öldürməsinin TƏFƏRRÜATI

image

Dekabrın 5-də Ucar rayonunun Alpout kəndində yaşayan Tofiq Abbasovun 11 yaşlı oğlu Pünhanın böyük qardaşı, 14 yaşlı Salik Abbasovu tüfəngdən açılan atəşlə öldürməsi hadisəsinin təfərrüatlar məlum olub.

Xəbər verilir ki, ilkin araşdırmalar nəticəsində hadisənin ehtiyatsızlıqdan baş verdiyi müəyyənləşib. Belə ki, hadisədən öncə uşaqların atası qoyun sürüsünü sahədən yaşadıqları evin yaxınlığındakı tövləyə gətirib. Bu zaman o bildirib ki, dişi qoyunlardan biri doğub və quzunun yanında qalıb. Tofiq Abbasov uşaqları həmin qoyunu balası ilə birlikdə gətirməyə göndərib. Bu zaman uşaqlar evdə olan tüfəngi də özləri ilə götürüblər. Daha sonra qaça-qaça evə qayıdan 11 yaşlı Pünhan tüfəngdən atəş açıldığını və güllənin qardaşına dəydiyini deyib. Atası 14 yaşlı Saliki xəstəxanaya aparsa da, o, yolda vəfat edib.

T.Abbasov bildirib ki, uşaqların tüfəngi özləri ilə aparmasından xəbri olmayıb. Patronlar tüfəngin üstündə deyil, evdə onun pencəyinin cibində olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti