Bazar, 19 May

Sona Vəliyeva elmi dərəcəsini hansı yolla alıb? – Saxta filoloq

image

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva sosial şəbəkədəki paylaşımı ilə gündəmə gəlib. Sona Vəliyeva bu dəfə “GrammarAzi” səhifəsinin hədəfinə tuş gəlib.

“GrammarAzi” bir sıra sosial şəbəkə istifadəçilərinin paylaşımlarındakı orfoqrafik və üslub xətalarını ortaya çıxarmaqla Azərbaycan dilinin qaydalarına düzgün riayət olunmasını təbliğ edir. Səhifə bu dəfə Sona Vəliyevanın paylaşımındakı orfoqrafik xətaları müəyyən edib. Belə ki, Son Vəliyeva Hüseyn Cavidin anım günü münasibətilə yazdığı paylaşımında “bu gün” söz birləşməsini, yanlış bir şəkildə “bugün” olaraq qeyd edib. 

Təhsili etibarilə filologiya üzrə fəlsəfə doktoru olan Sona Vəliyevanın bu sadə orfoqrafiya qaydasından xəbərsiz olması olduqca təəccüblə qarşılanıb. “Kaspi” təhsil mərkəzinin rəhbərliyini həyata keçirən və eyniadlı qəzetin təsisçisi olan Sona Vəliyevanın iki sözü bir arada yaza bilməməsi sosial şəbəkədə də müzakirə mövzusuna çevrilib. 

Düzgün yazı qaydalarından xəbərsiz olan bir şəxsin təhsil mərkəzinə rəhbərlik etməsi reallığın nə dərəcədə ironik olduğundan xəbər verir. Aydındır ki, Sona Vəliyeva bu vəzifələri və bəlkə də, filologiya üzrə fələfə doktorluğunu da əri Əli Həsənovun yardımları ilə alıb. İndi isə ərinin əvvəlki nüfuzu yoxdur və Sona Vəliyevanın da həqiqi “istedadı” ortaya çıxır.

Bir müddət əvvəl Sona Vəliyevanın ali təhsili barəsində də bəzi iddialar ortaya atılmışdı. Onun sadəcə texnikum təhsili aldığı, lakin hər necəsə bir anda ali təhsilli kadr kimi fəlsəfə doktorluğuna qədər yüksəlməsində Əli Həsənovun əməyi olduğu qeyd olunurdu. İlk vaxtlar bu iddialar inandırıcı olmasa da, Sona Vəliyeva öz paylaşımı ilə bu iddiaları da yenidən gündəmə gətirmiş oldu. 

Ümid edirik ki, Sona Vəliyeva təsadüfi insanların bir çoxunun etdiyi kimi bu statusun “şoferi” tərəfindən yazıldığını qeyd etməz. İstənilən halda Sona xanımın yeni paylaşımlarını və oradakı filoloji xətalarını gözləyirik.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41