Cümə, 17 May

Bill Qeyts pandemiyanın bitəcəyi zamanı açıqladı

image

““Omikron” ştamının yayılmasına baxmayaraq, koronavirus pandemiyası 2022-ci ildə başa çata bilər”. 

Xəbər verilir ki, bunu “Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts deyib. Onun sözlərinə görə, tarixdə heç bir virus “omikron” variantı qədər sürətlə yayılmayıb. Qeyts güman edir ki, tezliklə “omikron” dünyanın bütün ölkələrində olacaq. İş adamı vurğulayıb ki, yeni ştam ciddi qəbul edilməlidir, çünki onun hansı simptomlara səbəb olduğu hələ məlum deyil. 

“Deltanın yarısı qədər ciddi olsa belə, bu, çox yoluxucu olduğu üçün gördüyümüz ən pis dalğa olacaq. Eyni zamanda, lazımi tədbirlər görsəniz, 2022 pandemiya üçün sonuncu il ola bilər”, - deyə milyarder Tvitter səhifəsində yazıb. 

Milyarder insanları maska ​​taxmağa, böyük izdihamdan qaçmağa və koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58