Şənbə, 18 May

Ermənistan Türkiyə mallarına qoyulan qadağanı aradan qaldırdı

image

Ermənistan hökuməti Türkiyə mallarının idxalına qoyulan qadağanı aradan qaldırıb.

Xəbər verilir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin Feysbuk səhifəsində məlumat paylaşılıb.

Belə ki, Ermənistan 2022-ci il yanvarın 1-dən Türkiyə mallarına qoyulan embarqonu aradan qaldırılacaq.

Xatırladaq ki, 20 oktyabr 2020-ci ildə Ermənistan hökumətinin qərarı ilə Türkiyə mallarının Ermənistana idxalına altı aylıq qadağa qoyulub və bu qadağa 2021-ci il yanvarın 1-dən qüvvəyə minib. Yarım il sonra, iyunun 26-da keçirilən iclasda Ermənistan hökuməti türk mallarının idxalına qoyulan qadağanı daha altı ay uzadıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41