“AMEA” üzrə 198 nəticə tapıldı
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, keçmiş deputat, sabiq Nəqliyayt naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb. Xəbər verilir ki, Elton Məmmədovun iddiasına Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova tərəfindən baxılacaq. Qeyd olunur ki, iddia əmək münasibətləri üzrə
Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) balansından çıxarılıb. Onların əsasında "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxsləri yaradılıb. Xəbər verilir ki, bu, Nazirlər Kabinetinin 7 yanvar tarixli "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslərin yaradılması haqqında" Qərarında əksini tapıb.
Sabiq deputat Elton Məmmədovun bu ilin aprel ayında AMEA-dakı İşlər idarəsinin müdiri vəzifəsindən azad olunmasının yeni təfərrüatları bəlli olub. Məlumata görə, AMEA-nın prezidenti Ramiz Mehdiyev Elton Məmmədovu vəzifəyə təyin edərkən ondan şəxsi vəsaiti hesabına AMEA-da müəyyən təmir-bərpa işlərinin aparılmasını tələb edib. Mənbə bildirir ki, işdən çıxarılan məmurları “kö
Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı, həmçinin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün sınaq imtahanı keçirəcək. Xəbər verilir ki, sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat dekabrın 20-si saat 9:00-da bitəcək. Sınaq imtahanlarına qeydiyyat linklə
Şamaxı Rayon Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən rəsədxananın ərazisində yerləşən “Kainat” restoran-hotelin administratoru Kənan Mustafayev barəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb. Xəbər verilir
İddialara görə, R.Mehdiyev 2013-2019-cu illərdə AMEA-nın prezidenti olmuş Akif Əlizadənin yerini tutmasından sonra onların arasında münasibətlər gərginləşib, “köhnə komanda” hətta Mehdiyevin işini əngəlləməyə çalışıb... “Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə görə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır”. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik
"Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır". Xəbər verilir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akedemik Ramiz Mehdiyev qurumun Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclasında çıxışı zamanı deyib. O, Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını,
AMEA-nın prezidenti Ramiz Mehdiyevin qəfil Mərkəzi Nəbatat bağında peyda olması bağın ələ keçirilməsi və biznes məqsədləri üçün istifadə edilməsi haqda informasiyalar fonunda diqqət çəkdi. AMEA rəhbərinin Mərkəzi Nəbatat bağına baş çəkməsi təbii qarşılana bilər. Ancaq Azərbaycan elminin rəhbərliyi postuna iki il öncə təyin edilən Ramiz Mehdiyevin bu müddət ərzində Nəbatat bağına gəlməməsi və mə
Azərbaycanda gün ərzində ikinci zəlzələ olub. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub. Yeraltı təkanın maqnitudası 4.5, dərinliyi isə 42 km. olub. 17:23 *** Azərbaycanda hiss olunan yeraltı təkanlarla bağlı rəsmi açıqlama verilib.
Bakıda evdən külli miqdarda oğurluq edilib. Xəbər verilir ki, hadisə Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki binalardan birində qeydə alınıb. Orada yaşayan Mehdiyev Asəf Mehdiyeviçin evindən 200 000 ABŞ dolları oğurlanıb. Oğurluq hadisəsi bu ilin iyulun 1-dən noyabrın 7-nə qədər, yəni, 4 ay müddətində baş verib. O, oğurluğu evində qulluqçu işləmiş qadının törətməsindən şübhələnir. A.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi elmi müəssisə və təşkilatlara cihaz və avadanlıq alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub. Dövlət satınalmalarının vahid internet portalı xəbər verir ki, tenderin qalibi "Tetra AZ" MMC-dir. Qalib şirkətə 1,245 milyon manat ödəniləcək.
Arif Qasımov Azərbaycanda “Mehdiyev klanı”na daxil olan bufer icra başçılarından hesab olunurdu. O, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi və sədri Leyla Əliyevanın təşəbbüsü ilə abadlaşdırılmış parkda şəxsi qazanc və biznes məqsədilə qeyri-qanuni şəkildə restoran tikdiyinə görə 2020-ci il iyul ayının 11-də tutduğu postdan - Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifədən çıxarıldı. Nizami rayonuna 5 il rəhbərlik edən (2015-2020) Arif