Çərşənbə axşamı, 07 Dekabr

Ramiz Mehdiyev AMEA-da hakimiyyətini itirib? - Korrupsiya qalmaqalı böyüyür

image

"Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır".

Xəbər verilir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akedemik Ramiz Mehdiyev qurumun Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclasında çıxışı zamanı deyib.

O, Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib və qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb.

R.Mehdiyev həmçinin alimlərin sırf elmi işlərlə məşğul olmaları üçün müəyyən şəraitin yaradıldığını və bu məqsədlə bir sıra zəruri addımların atılacağını diqqətə çatdırıb.

AMEA prezidentinin bu açıqlamaları Akademiyadakı vəziyyətlə bağlı şübhələr yaradır. Akademiya prezidenti öz tabeliyindəki işçidən şikayətlənirsə, deməli onun əməllərinin qarşısını alacaq nüfuzu yoxdur. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah qar yağacaq

  • 07.12.2021 - 14:26