Çərşənbə axşamı, 21 May

Axtarış

Almaniya” üzrə 650 nəticə tapıldı

22.09.2023 - 14:30

Bayden eyni hekayəni iki dəfə təkrar danışdı - VİDEO

ABŞ Prezidenti Co Bayden onun seçki kampaniyasına sponsorluq edən şəxslərlə yarıqapalı görüş zamanı bir neçə dəqiqə fərqlə eyni hekayəni iki dəfə danışıb. Görüş zamanı Bayden yenidən ABŞ prezidenti seçilmək planlarını da açıqlayıb. Amerika liderinin sözlərinə görə, keçmiş Prezident Barak Obamanın administrasiyasında işləyərkən onun Birləşmiş Ştatlara rəhbərlik etmək kimi bir niyyəti olmayıb, lakin ABŞ-də ifrat sağçı


17.09.2023 - 14:42

Almaniyada miqrantlarla toqquşmalarda 26 polis yaralandı

Almaniyanın Ştutqart şəhərində (Baden-Vürtemberq federal əyaləti) Eritreyadan olan miqrantlarla polis arasında toqquşma baş verib, 26 polis əməkdaşı yaralanıb.  Xəbər verilir ki, bu barədə DPA agentliyi məlumat yayıb.  İğtişaşlar 200-ə yaxın insanın iştirak etdiyi mədəniyyət festivalı zamanı qeydə alınıb. Onu Eritreya hakimiyyətinə yaxın bir təşkilat təşkil edib. Tədbir iştirakçıları ilə Afrika ölkəsindən olan hakimiyyətə dəstək verməyə


14.09.2023 - 18:10

Anomal isti və leysan XƏBƏRDARLIĞI

Bir sıra Avropa ölkələrində anomal istilər tufan və leysan yağışları ilə müşayiət olunacaq.  Məlumata görə, “Bloomberg“ Maxar Technologies analitiklərinin proqnozuna istinadən xəbər verir ki, regionda yüksək temperatur gələn həftənin sonuna qədər davam edəcək. İsti dalğanın sentyabrın 16-da pik həddə çatacağı gözlənilir. Bu gün Parisdə hava 29,5 dərəcəyə, Londonda isə 25,5 dərəcəyə qədər isti olacaq.


12.09.2023 - 13:34

Azərbaycan ən çox bu ölkələrdən mal alır - Siyahı

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac, 181 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26333,2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 16776,7 milyon dollarını və ya 63,7 faizini ölkədən


12.09.2023 - 09:45

Paşinyan Putinin həbsini nəzərdə tutan qərardan danışdı 

Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddəki gərginlik fonunda ötən şənbə günü İran, Gürcüstan, Fransa, Almaniya, ABŞ liderləri ilə telefon danışığı apardığı halda niyə İrəvanın strateji müttəfiqi olan Rusiya prezidentinə zəng vurmadığı haqda suala cavab verib.  Məlumata görə, İctimai Televiziyaya müsahibəsində baş nazir bildirib ki, sərhəddəki vəziyyətlə bağlı ilk zənglər daha əvvəl Rusiya prezidenti Vladimir Putinə edilib və o, durumdan xə


08.09.2023 - 21:37

Danimarka 10 “Leopard”ı Ukraynaya çatdırdı

Danimarka “Leopard 1A5” tankının ilk partiyasından 10 ədədini Ukraynaya çatdırıb. Xəbər verilir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb. “10 ədəd “Leopard 1” tankı artıq Ukrayna ərazisindədir. İndi onlar ukraynalıların yeni başladığı hücumda iştirak edə bilər. Yazdan bəri davam edən işlər dayanmır. Təlim Almaniyada keçirilir, burada danimarkalı tank təlimatçıları, alman hərbçiləri ilə birlikdə ekipajları hazırlayır və tankları


01.09.2023 - 19:35

Bakıda turistin itirdiyi 20 min dollar tapıldı - VİDEO

Bakıda çimərliklərdən birində alman turistin itən 20 min dollarını polislər qısa zamanda taparaq sahibinə qaytarıblar. Xəbər verilir ki, ölkəmizə turist kimi gələn Almaniya vətəndaşı Mariel Vitting Rolf ötən gün Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən çimərliklərdən birində istirahət edərkən içərisində 20 min ABŞ dolları olan əl çantasını naməlum şəraitdə itirib. Xanım turist dərhal bu barədə ç


01.09.2023 - 15:33

“Qarabağ”ın qrupdakı rəqibləri bəlli oldu

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq. Xəbər verilir ki, iştirakçı komandalar səbətlərə bölünüb. Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” püşkatma mərasimində ikinci səbətdə qərarlaşacaq. Bu gün Fransanın Monako şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. *** “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri


31.08.2023 - 14:22

Gürcüstan prezidentinin xarici səfərlərinə qadağa qoyuldu

Gürcüstan prezidenti Salome Zurabişvilinin Avropa turnesi ləğv edilib.  Xəbər verilir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası açıqlayıb.  Qeyd olunub ki, dövlət artıq avqustun 31-nə planlaşdırılan Almaniyaya səfərdən yazılı şəkildə imtina edib. "Bundan başqa, prezidentə avqust-dekabr ayları arasında daha 9 səfərə icazə verilməyib. Söhbət Ukrayna, İsveçrə, Polşa, Belçika, Danimarka və Birləşmiş Ərəb Əmirliklərinə işgüzar


30.08.2023 - 17:20

Almaniyada 1,7 milyon iş yeri BAĞLANACAQ

Almaniya iqtisadiyyatı yüksək enerji qiymətləri səbəbindən növbəti 15 il ərzində 1,7 milyon iş yerini itirmək təhlükəsi ilə üz-üzədir. Xəbər verilir ki, bunu “Dezernat Zukunft” analitik mərkəzinin saytında dərc olunan araşdırmanın nəticələri göstərir. Kölndəki Alman İqtisadiyyatı İnstitutunun və “Frontier Economics” beynəlxalq konsaltinq şirkətinin ekspertlərinin fikrincə, hökumət qiymətləri saxlamaq üçün lazımi tədbirlər gö


14.08.2023 - 08:45

Qərb 100 tank verib: rus tanklarının sayı isə... - "Bild"

Qərb ölkələri Ukraynaya 100-ə qədər tank və ümumiyyətlə az sayda silah verdilər ki, bu da əks-hücumun olduqca ləng getməsinin əsas səbəblərindən biri oldu.  Xəbər verilir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. “Ukrayna və onun partnyorları çox optimist idilər və etiraf etməliyəm ki, mən də... Böyük mina sahələrini keçmək və Rusiyanın hava üstünlüyü bunu çox çətinləşdirir.


26.07.2023 - 20:06

İranlı idmançı beynəlxalq yarışlardan kənarlaşdırıldı

Ağır atletika üzrə İran milli komandasının üzvü Əli Haşəmi üç il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb. Xəbər verilir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, 109 kq çəki dərəcəsində yarışan idmançının dopinq testi müsbət çıxıb. Qərar idmançının qan nümunəsinin Almaniyanın Köln laboratoriyasının müsbət analiz cavablarından sonra elan edilib.


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41