Bazar, 05 May

Almaniyada miqrantlarla toqquşmalarda 26 polis yaralandı

image

Almaniyanın Ştutqart şəhərində (Baden-Vürtemberq federal əyaləti) Eritreyadan olan miqrantlarla polis arasında toqquşma baş verib, 26 polis əməkdaşı yaralanıb. 

Xəbər verilir ki, bu barədə DPA agentliyi məlumat yayıb. 

İğtişaşlar 200-ə yaxın insanın iştirak etdiyi mədəniyyət festivalı zamanı qeydə alınıb. Onu Eritreya hakimiyyətinə yaxın bir təşkilat təşkil edib. Tədbir iştirakçıları ilə Afrika ölkəsindən olan hakimiyyətə dəstək verməyən digər şəxslər arasında qarşıdurma başlayıb. Nəticədə qarşıdurma polislə toqquşmaya çevrilib. 

DPA-nın məlumatına görə, polisə daş və şüşə butulkalar atılıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15