“Iran” üzrə 1528 nəticə tapıldı
İran İsrailə pilotsuz təyyarələr ilə zərbələr endirib. Bu barədə İsrailin yerli radiosu məlumat yayıb. Həmçinin bildirilir ki, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə saatlarında üç saat bağlı olacaq.
ABŞ İranın pilotsuz təyyarələr və qanadlı raketlər də daxil olmaqla, ölkə daxilində hərbi aktivlərini hərəkətə keçirməsini müşahidə edərək, onun öz ərazisindən İsrail hədəflərinə hücum etməyə hazırlaşdığına işarə edib. Məlumata görə, ABŞ İranın 100-ə qədər qanadlı raket hazırladığını görüb. İranlılar İsrailə vuracaqları zərbənin “əhəmiyyətli” olmasını istəyirlər. Lakin onlar hə
"Fransızlar hər zaman Rusiyanın Avropadakı tərəfdaşları olublar. Tarixin heç bir dövründə bu dəyişməyib. İstər Fransa krallarının Rusiya imperiyası ilə müharibə dövründə, istər Napoleonun Fransaya hücumu, istər Avropa İttifaqı qurularkən anqlo-sakson hakimiyyətinə qarşı roman+german qrupunun yaradılmasında Rusiyanın mövqeyini xatırlayaq. Sonuncu arqument kimi İranda Xomeyninin hakimiyyətə gətirilməsi üzərindən birgə Fransa-SSRİ əməkdaşlığını xatırlatmaq olar". Xəbə
ABŞ prezidenti Co Bayden İrana İsrailə qarşı cavab tədbirləri görməməyə çağırıb. Xəbər verilir ki, bu barədə xarici KİV məlumat yayıb. "Bunu etməyin. Biz İsraili dəstəkləyəcəyik və onun özünü müdafiə etməsinə kömək edəcəyik və İran buna nail olmayacaq", - deyə Bayden Tehranın göndərdiyi mesaja cavab olaraq bildirib.
İrana məxsus telegram kanalı (rusca yayınlanır) İranın ballistik raketi haqqında məlumat dərc edib. Xəbər verilir ki, kanal bununla da güya İranın "gücünü" nümayiş etdirib. Kanal "Emad" ballistik raketinin xüsusiyyətlərini yayıb: Aralığı: 1700 km Vuruş dəqiqliyi: 4 metr Ölüm radiusu: 200 metr Çəkisi: 17500 kq Döyüş başlığı: 750 kq. Döyüş başlığını istiqamətləndirmə və idarəetmə ilə trayektoriyanın sonuna qədər ayırmaq və mobil buraxılış qurğ
İranın İsrailə cavab zərbəsi endirməsi ərəfəsində ABŞ Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İraqa Tehranı İsraillə gərginliyi azaltmağa çağırıb. Xəbər verilir ki, İsrail ABŞ-dan bu çağırışları etməsini istəyib. Eyni zamanda, İran hakimiyəti Tehrana və Tehrandan bütün mülki uçuşları qadğan edib. İslam Respublikası bunu həssas yeni silahın sınaqları ilə izah edib. Uçuş qadağası bəzi digər ərazilərə
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Xəbər verilir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilir ki, telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Brüsseldəki üçtərəfli görüşdə Paşinyanın alternativ olaraq irəli sürdüyü “Sülh qovşağı” ABŞ və Aİ tərəfindən alqışlandı; ekspertlərin fikrincə, gerçəkləşməsi nonsensdir, çünki... ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələrinin regiona sülh və sabitlik deyil, böyük problemlər, qarşıdurmalar gətirəcəyi haqda proqnozlar gerçəkləşə bilər. “Yeni Mü
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kriptovalyuta transferi yolu ilə Fələstinin radikal HƏMAS və “İslami Cihad” hərəkatlarını maliyyələşdirib. Bu məlumat ABŞ Maliyyə Nazirliyi katibinin birinci müavini Adevale Adeyemonun bəyanatında yer alıb. “Hələ keçən il biz İslam İnqilabı Keşikçiləri Korpusunun Qəzza zolağında HƏMAS və Fələstin “İslami Cihad”ına kriptovalyuta köçürdüyünün şahidi olduq”, o bildirib. Adeyemonun sözlərinə görə,
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın aprelin 8-də Suriyaya səfəri zamanı onu Dəməşq hava limanında heç bir Suriya rəsmisi qarşılamayıb. Xəbər verilir ki, bu barədə beynəlxalq media məlumat yayıb. Bildirilib ki, Abdullahian Dəməşqdə olan iranlı diplomatlar tərəfindən qarşılanıb. Bir sıra mənbələr bildirir ki, aprelin 1-də İsrailin Dəməşqdə 7 SEPAH üzvünü öldürməsindən sonra Tehranla Də
İsrail İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşır. Xəbər verilir ki, bu barədə Londonda fəaliyyət göstərən “Elaph News” Qərbdəki təhlükəsizlik mənbələrinə istinadən məlumat paylaşıb. Bildirilib ki, İran Dəməşqdəki konsulluğuna zərbə endirməsinə cavab olaraq İsrailə hücum edərsə, İsrail İrandakı hədəfləri vuraraq qarşılıq verəcək. Nəşrin məlumatında bildirilib ki, İsrail
İranın Gərmsar şəhərindəki dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Xəbər verilir ki, bu barədə İran KİV məlumat yayıb. Partlayış nəticəsində 14 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Hadisəyə səbəb qaz sızması olub.