Bazar, 19 May

Axtarış

NATO” üzrə 1028 nəticə tapıldı

19.05.2021 - 10:28

Paşinyan Putini aldada bilmədi

Ermənistan Qarabağ müharibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb edə bilmədi, o zaman İrəvana “Ermənistan sərhədlərində münaqişə baş verərsə biz qarışa bilərdik”, dedilər. Rusiya prezidenti Vladimir Putin müharibənin Azərbaycan ərazisində getdiyini söyləməklə bütün məsələlərə nöqtə qoymuşdu və elə həmin açıqlama ilə sanki ermənilərin başına qaynar su


18.05.2021 - 09:33

"Azərbaycan Ordusu bir addım da geri çəkilməyib" — Qaragöl gərginliyi

"Tamamilə fərqli siyasi baxışlara malik olan erməni siyasətçilərinin açıqlamalarından bəlli olur ki, Azərbaycan öz ədalətli mövqeyindən bir addım da geri çəkilməyib”. Xəbər verilir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib. Ekspert Ermənistan-Azərbaycan sərhədindəki son duruma diqqət çəkib: "Bir neçə gündür Qaragöl ətrafında yaranmış vəziyyətlə bağlı ermənilərin bütün populyar internet resurslarını və həmç


15.05.2021 - 20:33

Övladlarına görə işdən qovulan məmurların SİYAHISI

Azərbaycan mediasında müxtəlif dövrlərdə məmur övladlarının özbaşınalıqları və qanunsuz əməlləri ilə bağlı xəbərlər yayımlanıb. Onların bir çoxunun əməllərindən sonra ataları ya işlərindən azad olunub, ya da ciddi töhmət alıblar. Qanunları heçə sayaraq müxtəlif cinayətlər törədən və onların törətdikləri bu cinayətlərdən sonra dövrü mətbuatda məlumatları


15.05.2021 - 17:50

Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırıb

ABŞ Abxaziya və Cənubi Osetiyada Rusiyanın mövcudluğunun qarşısını almalıdır. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Con Bolton "National Review” nəşrindəki məqaləsində yazıb. Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Qərb öz məqsədinə çatmayıb. Altı postsovet ölkəsi hələ də NATO-nun tərkibinə daxil edilməyib və alyansla Rusiya arasında "boz zona” olaraq qalmaqdadır. Bolton Ukrayna


14.05.2021 - 11:17

BMT Təhlükəsizlik Şurası İsrail-Fələstin münaqişəsini müzakirə edəcək

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, 16 mayda Fələstin-İsrail qarşıdurma zonasında gərginliyin artmasını müzakirə etmək üçün açıq iclas keçirəcək. Xəbər verilir ki, bunu ABŞ-ın BMT-dəki elçisi Linda Tomas-Qrinfild özünün tvitter hesabında yazıb. “BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti bazar günü müzakirə etmək üçün toplanacaq”,deyə, o bildirib. İclas


10.05.2021 - 20:31

“Vampirlər kralı”nın qəsri açıldı – İçəri girənləri sürpriz gözləyir

Rumıniyada “Qraf Drakulanın qəsri” adlandırılan Bran qəsrində pulsuz COVID-19 peyvəndləmə məntəqəsi açılıb. Xəbər verilir ki, peyvəndləmə hər cümə, şənbə və bazar günləri may ayı marafonu çərçivəsində keçiriləcək. Gələnlərə “Pfizer” və “BioNTech”in peyvəndləri vurulacaq. “Vampirlər kralı”nın qəsrində bütün peyvəndlənənlərə xüsusi sertifikat veriləcək. Bundan əlavə, orta əsrlə


08.05.2021 - 16:35

ABŞ Asiyada Yeni NATO qurur: Əsas hədəf…

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun  müsahibəsi: - ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı hərbi qüvvələrin bu ilin sentyabrın 11-ə qədər tam çıxarılacağını açıqlayıb və hazırda proses başlayıb. Sizcə, 11 sentyabr tarixinin seçilməsi hansı anlam daşıyır? - Vaşinqton məhz 20 il əvvəl Əl-Qaidə terrorçularının ABŞ hücumundan sonra Əfqanıstana müdaxilə qərarı vermişdi. Ağ Ev


07.05.2021 - 15:37

“ABŞ Bakının Türkiyə ilə birgə hərəkətindən məmnundur”

Elxan Şükürlü: “Rusiyanın ətraf ölkələrin müstəqil siyasətlərinə təsiri minimuma endirilməlidir” “ABŞ-ın yeni administrasiyasının - Bayden komandasının dünya dövlətləri, o cümlədən Cənubi Qafqaz regionu ilə münasibətlərini necə quracağını bilmək üçün məşhur alim, analitik Zbiqnev Bjezinskinin 2012-ci ildə yazdığı ”Strateji baxış: Amerika və qlobal böhran" kitabını mütləq oxumaq gərəkdir". Bu fikirləri politoloq, Ədalət Partiyası


07.05.2021 - 13:33

Koronavirus xəstələrinə baxmaqdan imtina edən həkimlərə RƏSMİ CAVAB

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının işçilərinin əmək haqlarına edilməli olan əlavələri ala bilməmələri ilə bağlı məsələyə münasibət bildirib. Verilən məlumata görə, agentlikdən bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardı


06.05.2021 - 21:04

"Latviya parlamentinin "erməni soyqırımı" ilə bağlı qərarı məntiqsizdir"

Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qərar bizim tərəfimizdən məntiqsiz addım kimi qəbul edilir və qiymətləndirilir. Bu qərarın qəbul edilməsi təəssüf hissi doğurur. Xəbər verilir ki, bunu  açıqlamasında Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov deyib. İşçi qrupunun rəhbəri bildirib


06.05.2021 - 11:35

“Politico”: Putin və Bayden Bakıda görüşə bilər

ABŞ Prezidenti Cozef Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş Bakıda keçirilə bilər. Xəbər verilir ki, bunu ABŞ-ın “Politico” qəzeti yazıb. Nəşr Ağ ev və Kreml sahiblərinin mümkün görüş məkanları barədə Birləşmiş Ştatların sabiq rəsmiləri və mütəxəssislərinin rəyini öyrənib. Onlar V.Putin və C.Baydenin görüşə biləcəyi yerlər arasında Çex Respublikası, İ


06.05.2021 - 10:53

NATO və ABŞ qüvvələri Əfqanıstanı tərk edir: Ölkənin taleyi necə olacaq?

“Əfqanıstan məsələsi bir günlük iş deyil, məncə, tarixi prosesə baxmaq lazımdır. Əfqanıstan dövləti və Yaxın Şərqdəki ölkələrin sərhədləri elə çəkilib ki, bu gün orada milli dövlətlər məsələsi yoxdur. Əksinə, etnik və məzhəb qrupları var. Hər birinin öz vilayəti, imkanları, qüvvələri var. Bu da zamanla maraqlar qarşıdurmasına gətirib çıxarıb. Əfqanıstan moderin demokratik ölkə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41