“Naxçıvan” üzrə 104 nəticə tapıldı
“Vasif Talobovla bağlı məsələ birbaşa dövlətin nəzarətindədir. Hər halda, dövlət bu məsələylə bağlı qərar verəcək və kimin nə cəzası varsa, mütləq çəkəcək. Bu gün onun haqqında danışan bəzi insanları başa düşə bilmirəm. Bu adam vəzifədə olanda onun haqqında heç bir şey deməyənlər hamısı indi şir-pələng olub. Axı nə dəyişib?”
Xəbər verdiyimiz kimi, Media Qrupunun rəhbəri Rauf Arifoğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov haqqında şok iddialar səsləndirib. O, indiyədək bir çox jurnalistlərin Vasif Talıbov tərəfindən təzyiqlərə məruz qaldığını deyib: “Bizim Elbəyi Həsənli adlı əməkdaşımız var idi. Onu qandallayıb, təyyarəyə mindirib Naxçıvana apardılar. Elbəyini 3-4 gün əsir kimi saxladılar. Bu, Talı
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun daha bir villasının peyk görüntüləri yayılıb. Xəbər verilir ki, villanın Şahbuz rayonunun Ağbulaq kəndində yerləşdiyi bildirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Bayraq Günü ilə bağlı sensasion sərəncamının mətni yayılıb. Xəbər verilir ki, Vasif Talıbov bu sərəncamla 17 noyabrı Naxçıvan Muxtar Respublikasında “Dövlət Bayrağı Günü” elan edib. V.Talıbov bu sərəncamı 2014-cü ildə imzalayıb və həmin tarixdən Naxçıvanda 17 noyabr (1991-ci il 17 noyabrda Naxçıvan Ali Məclisində Üçrəngli bayrağın ilk dəfə qaldı
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyevin həbsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. R.Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük Komitəsində həyata keçirdiyi əməliyyatların və Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə həbs edilib. Belə ki, bir neçə gün əvvəl
Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb. Xəbər verilir ki, hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə
Bakıdan gedən maliyyəçilər artıq bir müddətdir ki, muxtar respublikada maliyyə sənədlərini yoxlayırlar; muxtar respublikanın nazirlikləri birbaşa Bakıda olan nazirliklərə baş idarələr formasında tabe ola bilər Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində həbslər apardığı haqda məlumatlar ölkə gündəminin əsas mövzularından biri kimi diqqətlə
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin müəllimi Nazim Bababəyli dünyasını dəyişib. Xəbər verilir ki, deputat 69 yaşında dünyasını dəyişib. Nazim Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1961-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbə daxil olan Nazim Bababəyli 1971-ci ildə həmin məktəbi bitirib. 1971-1975-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültə
Naxçıvan Muxtar Respublikasında qətl törədilib. Xəbər verilir ki, Şərur rayonunun Kərimbəyli kəndində 1978-ci il təvəllüdlü Vüsalə Hüseynova bıçaqlanaraq öldürülüb. İlkin araşdırmalardan sonra 44 yaşlı qadının qeyri-rəsmi nikahda yaşadığı Elnur Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araş
"Naxçıvan Muxtar Respublikasının statusu haqqında kütləvi informasiya vasitələrində genişlənməkdə olan fərziyyələrin heç bir əsası yoxdur". Xəbər verilir ki, bunu AMEA prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu siyasi-coğrafi amillər əsasında qurulub: "Ermənilərin Naxçıvana qarşı ərazi iddiaları və Zəngəzurun erməni-bolşevik terrorçuları tərəfindən işğal edilməsi,
"Son günlər mətbuatda Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması ilə bağlı yazıların dərc olunması Azərbaycanda gedən erməni təbliğatı işindən və onların dəyirmanına su tökən bir qrup insanın təxəllüyündən başqa bir şey deyil". Xəbər verilir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Azərbaycanı Naxçıvan üzərindən Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi üçün zəruri addımlar atılır. 2021-ci il oktyabrın 26-da iki ölkənin rəhbəri tərəfindən təməli qoyulan Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 57 faizi tamamlanıb. Xəbər verilir ki, bu barədə Türkiyənin "Akşam" nəşri yazıb. Qeyd edilir ki, iki ölkə