Bazar ertəsi, 06 May

Maskın şirkətinin mənfəəti 2 dəfədən çox azalıb

image

2024-cü ilin birinci rübündə Amerikanın və dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı "Tesla Inc."in gəlirləri 9 faiz, xalis mənfəəti isə 2,2 dəfə azalıb.

Xəbər verilir ki, bununla belə, şirkətin səhmləri mənfəət hesabatının dərcindən sonra hərraclarda 13 faizdən çox bahalaşıb.

Hesabatda "Tesla" daha çox aşağı büdcəli avtomobillər də daxil olmaqla, robotaksilərin və yeni elektrik avtomobil modellərinin inkişafına istiqamətlənəcəyini açıqlayıb.

Şirkət mətbuata açıqlamasında bildirib ki, birinci rübdə xalis gəlir keçən ilin eyni dövründəki 2,5 milyard dollarla müqayisədə 1,13 milyard dollar olub. Səhm üzrə mənfəət 0,73 dollardan 0,34 dollara düşüb.

Birdəfəlik faktorlar nəzərə alınmadan qazanc hər səhm üçün 0,45 dollar təşkil edib ki, bu da "FactSet" tərəfindən sorğulanan ekspertlərin bir səhm üçün 0,49 dollar səviyyəsində verdiyi konsensus proqnozundan daha pis nəticədir.

"Tesla"nın rüblük gəliri bir il əvvəlki 23,33 milyard dollardan 21,3 milyard dollara qədər azalıb.

"Tesla"nın sahibi Elon Mask səhmdarlara göndərdiyi mesajda şirkətin planlaşdırılandan daha tez yeni modelləri təqdim etmək üçün gələcək avtomobillər sırasını yenilədiyini deyib. Əvvəllər "Tesla" 2025-ci ilin ikinci yarısında yeni modellərin istehsalına başlamaq niyyətində idi.

Mask həmçinin qeyd edib ki, yeni avtomobillər əvvəlki modellərlə eyni istehsal xətlərində istehsal olunacaq. "Tesla" həmçinin robotaksilərlə bağlı inkişafa eyham vurub. Daha əvvəl Mask bildirmişdi ki, şirkət avqustun 8-də robotaksi təqdim etməyi planlaşdırır. Qazancın dərcindən bir neçə saat əvvəl "Tesla" Ostindəki qiqafabrikində 2688 işçini, Kaliforniyada isə 3000-dən çox işçini ixtisar edəcəyini açıqlayıb.

"Tesla"nın səhmləri bu ilin əvvəlindən demək olar ki, 42 faiz ucuzlaşıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15