Bazar, 05 May

Axtarış

Nazarbayev” üzrə 51 nəticə tapıldı

09.01.2022 - 09:00

Nazarbayevin istefası ilə bağlı - Açıqlama

“Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib". Xəbər verilir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay deyib.  “KİV-də və sosial şəbəkələrdə birinci prezidentlə bağlı çoxlu sayda şayiələr, təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi sabitliyi pozmaq


08.01.2022 - 14:55

Qazaxıstan Putinin nədən qorxmalı olduğunu xatırladır - "Onun öz rejiminin taleyi sual altındadır..."

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Qazaxıstan Putinə nədən qorxmalı olduğunu xatırladır” başlıqlı məqalə dərc olunub. Məqalənin üç müəllifi var: ABŞ-dakı Con Hopkins Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti Yevgeni Finkel, Qüdsdəki Yəhudi Universitetinin elmi işçisi Canetta Azaryeva və həmin universitetin rusşünaslıq kafedrasının müdiri İshaq Brudnı. Rusiya yanacağın qəfil bahalaşmasına, ərzağın və digər zə


07.01.2022 - 18:04

Nazarbayev və qızları Qazaxıstanı tərk etdi

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev və qızları ailələri ilə birlikdə Qazaxıstanı tərk edib. Xəbər verilir ki, bu barədə ölkə mediası məlumat yayıb. “Ölkədə yalnız sabiq dövlət başçısının böyük qardaş Bolat Nazarbayev qalıb”, - deyə məlumatda bildirilir


07.01.2022 - 17:46

Qazaxıstanda 3706 nəfər həbs edilib

Qazaxıstanda hüquq-mühafizə orqanları ölkədə baş verən iğtişaşlarla bağlı 3706 nəfəri həbs edib. Xəbər verilir ki, bu barədə “Xəbər-24” telekanalı terrorizmlə mübarizə üzrə operativ qərargaha istinadən məlumat yayıb. Bildirək ki, yanvarın 2-dən etibarən Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir. Bununla da, prezident Kasım Comart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kö


06.01.2022 - 20:56

Qırğızıstan Qazaxıstana hərbçi göndərməkdən imtina etdi - "Qazax xalqı bizə nifrət edər..."

Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərdiyi sülhməramlıların sayı açıqlanıb. Xəbər verilir ki, 3770 hərbçinin daxil olduğu kontingentdə ən çox hərbçi Rusiya ordusuna məxsusdur - 3000 nəfər. İkinci yerdə 500 hərbçi ilə Belarus, Tacikstan 200, Ermənistan isə 70 hərbçi ilə sonuncu yeri tutur. KTMT-nin üzvü olan Qırğızıstan isə Qazaxıstana hərbçi göndərməkdən imtina edib.


06.01.2022 - 16:34

Piter görüşündə nə baş verib? Nazarbayev niyə getdi? - VİDEO

Qazaxıstandakı toqquşmaların 28 dekabrda MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitindən bir neçə gün sonra baş verməsi çox düşündürücüdür. Sankt-Peterburqda Rusiya lideri Vladimir Putinin yalnız Qazaxıstanın birinci Prezidenti, Elbaşı Nursultan Nazarbayevlə təkbətək görüşü olmuşdu. Rəsmi məlumata görə, Putin Nazarbayevə Avrasiya İqtisadi İttifaqının yaradılması ideyasına görə təşəkkür etmişdi. Başqa heç bir məlumat


06.01.2022 - 09:42

Qazaxıstanda hökumət istefaya GÖNDƏRİLDİ - Qazın qiymətini bahalaşdıran zavod direktoru saxlanıldı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. Məlumata görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər. Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilib. Hazırda Ə.


06.01.2022 - 09:20

Almatıda hərbçilərlə silahlı şəxslər arasında ATIŞMA BAŞLADI - Qazaxıstanda SON DURUM

Almatı şəhəri meriyasının qarşısındakı Respublika meydanında hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb. “Meydana hərbçilər gəldi, iğtişaşçıların “təmizlənilməsi” əməliyyatı başladı. İntensiv atışma gedir”, – TASS-ın əməkdaşı bildirib. Öz növbəsində “Sputnik.kz” da teleqram kanalında şəhərdə atışmanın getdiyi xəbər verib. “Meydanda atışma gedir”, – agentlik bildirib. Qeyd edilir ki, meydana 50-yə yaxın hərbi


05.01.2022 - 17:14

Nazarbayev Qazaxıstan TŞ sədri vəzifəsindən çıxarıldı

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb. Xəbər verilir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib. “Bu gündən etibarən bu vəzifəni mən tutacağam”, - o bildirib. Prezident heç bir halda paytaxt Nur-Sultanı tərk etməyəcəyini vurğulayıb.


10.12.2021 - 14:43

Nazarbayevdən Azərbaycanla bağlı təklif

Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev Azərbaycanın Avrasiya İqtisadi İttifaqına müşahidəçi statusunda dəvət edilməsini təklif edib. Xəbər verilir ki, Nazarbayev bu barədə Ali Avrasiya İqtisadi Şurasıın iclasında çıxışı zamanı bildirib. “Mən Ermənistanla Azərbaycan arasında uzun illər davam edən mübahisələrdən sonra münasibətlərin yaxşılaşmasını ürəkdən alqışlayıram. Düşünürəm ki, biz hamımız belə


23.11.2021 - 15:46

Nazarbayev partiya sədrliyindən istefa verdi

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Nur Otan Partiyasının sədri səlahiyyətlərini ölkənin hazırkı Prezidenti Qasım-Jomart Tokayevə təhvil vermək barədə qərar qəbul edib. Xəbər verilir ki, bunu Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay Tvitter səhifəsində yazıb.


20.10.2021 - 09:20

Nazarbayev xalqından üzr istəyib

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev xalqından üzr istəyib. 81 yaşlı siyasətçinin etirafları yeni ekranlaşdırılan “Portretin ştrixləri. Həqiqətlər” filminin anonsunda təqdim olunub. N.Nazarbayevin mətbuat katibi bildirib ki, film Nursultan Nazarbayev Fondunun dəstəyi ilə həyata keçirilib. O qeyd edib ki, N.Nazarbayev filmdə sensasiyaya çevriləcək açıqlamalarla çıxış edib.


Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15