Cümə, 17 May

Axtarış

PKK” üzrə 97 nəticə tapıldı

15.05.2024 - 14:25

İraqın şimalında 12 terrorçu məhv edildi  

Türkiyə ordusu Şimali İraqda terror təşkilatlarına qarşı hava və quru əməliyyatları keçirib.  Xəbər verilir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalındakı Qara və Hakurk bölgələrində aşkarlanan 12 PKK terrorçusunun hava əməliyyatı ilə zərərsizləşdirildiyini açıqlayıb. 


07.05.2024 - 09:00

Türkiyə “S-400“ləri bu ərazidə yerləşdirir 

Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini İraq sərhədində, terror təşkilatı PKK-ya qarşı istifadə edə bilər.  Xəbər verilir ki, bu barədə “Forbes” jurnalı yazıb.  Qeyd olunub ki, Türkiyə və Yunanıstan üçüncü ölkələrə Rusiya raketlərini göndərmək niyyətində deyil:  “Türkiyə və Yunanıstan son günlər ayrı-ayrı bəyanatlarında Rusiya istehsalı olan strateji hava hücumundan müdafiə raket sistemlərinin Ukraynaya və ya hər hansı başqa ölkəyə


21.04.2024 - 09:41

TƏCİLİ! Bu ölkələr İRANA qarşı birləşir: bir neçə ay ərzində... - ŞOK

Aprelin 13-nə keçən gecə İran 150-dən çox kamikadze PUA, 100-dən çox ballistik raket və onlarla qanadlı raketlə İsrailə misli görünməmiş cavab hücumu həyata keçirəndə Təl-Əvivin müdafiəsi təkcə ABŞ-da deyildi. İsraili qorumaq üçün kiçik bir koalisiyanı bir araya gətirən Co Bayden administrasiyası İordaniya və Səudiyyə Ərəbistanı ilə yanaşı, Böyük Britaniyanın da dəstəyini almağa nail olub. Cümə günü Amerika yəhudi icmasına


06.03.2024 - 19:26

Türkiyədə PKK mağaralarına əməliyyat: PUA və ATAK helikopterləri iş başında 

PKK terror təşkilatının qış aylarında logistik məqsədlər üçün istifadə etmək və terror aktları təşkil etmək üçün hazırladıqları mağara və sığınacaqların aşkarlanması üzrə əməliyyat keçirilib. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib. Terrorçuların mağaralarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi məqsədilə Tü


23.11.2023 - 10:04

Türkiyə kəşfiyyatı PKK liderlərindən birini məhv etdi 

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK/YPG-ni ağır silahlarla təmin edən və “qırmızı bülleten”lə axtarışda olan şəxslərdəni birini zərərsizləşdirib.  Xəbər verilir ki, terrorçu Fahrettin Tolun Suriyanın şimalında keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib. 


06.10.2023 - 15:53

Türkiyə bu iki ölkədə hava əməliyyatına başlayır

Türkiyə Suriyanın şimalında PKK və onun yerli qanadı olan “xalq müdafiə qüvvələrinin” bölmələrinə qarşı hava əməliyyatlarının əhatə dairəsini genişləndirə bilər. Xəbər verilir ki, bu barədə “Hürriyət” qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Ankara Suriya və İraqda yerləşən hərbi bazalarının məsuliyyət sahələrini genişləndirməyi planlaşdırır. 


03.10.2023 - 14:15

Türkiyədə ölkəboyu antiterror əməliyyatı keçirilir

Türkiyədə PKK terror təşkilatına qarşı “Kahramanlar” adlı antiterror əməliyyatına başlanılıb. Xəbər verilir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. Məlumata görə, ölkəboyu 18 vilayətdə keçirilən əməliyyatda indiyədək 67 nəfər saxlanılıb. Ümumilikdə bir neçə qurumun əməkdaşlarının iştirak etdiyi əməliyyata 13 440 personal cəlb olunub.


18.09.2023 - 21:36

Suriyada toqquşmalar zilə qalxır: Cənubi Qafqaz proseslərin arasında - TƏHLİL

Suriya münaqişəsində İranın fəallığı özünün növbəti mərhələsini yaşayır. Tehranın aktivləşməsi regionda hərbi, siyasi və iqtisadi təsir dairələrinin yenidən bölüşdürülməsi uğrundakı mübarizənin şiddətlənməsindən xəbər verir. Tehran fəaliyyətini Rusiya ilə koordinasiya formatında genişləndirir, mümkün hədəflərdən biri ABŞ-ni Suriyada zəiflətmək və mühü


08.09.2023 - 17:55

Türkiyə ordusu Suriyada daha 7 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyanın Barış Pınarı bölgəsində keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının daha 7 üzvünü məhv edib. Xəbər verilir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Əməliyyat nəticəsində terrorçular tunel qazan zaman zərərsizləşdirilib. Qeyd olunub ki, terrorçularla mübarizə uğurla davam edir.


08.09.2023 - 10:02

Bomba hazırlayan PKK-çılar tutuldu 

Türkiyənin Diyarbakır vilayətində 5 PKK terrorçusu saxlanılıb.  Xəbər verilir ki, onlar terror aktına hazırlaşırmış. Bomba hazırlama vasitələri və partlayıcı maddələr aşkar edilərək götürülüb.  Hazırda araşdırmalar davam etdirilir. 


21.07.2023 - 15:20

Türkiyə ordusu üç terrorçunu məhv etdi

Türkiyə ordusu İraqın şimalında, Metinada aşkarlanan 3 PKK terrorçusunu zərərsizləşdirib. Xəbər verilir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular “Pəncə-Kilid” əməliyyatı bölgəsində məhv edilib.


15.06.2023 - 13:53

ABŞ:” İsveç tezliklə NATO-ya üzv olmalıdır”

Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib ki, İsveç mümkün qədər tez NATO üzvü olmalıdır. Xəbər verilir ki, bu barədə sozçü gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Ağ Evin sözçüsü bəyan edib ki, ABŞ prezidenti Co Bayden İsveçin NATO-ya üzvlük məsələsində son bir neçə ayda olduğu kimi çox aydın və birmənalı mövqeyinii qoruyub saxlayır. Sözçü eyni zamanda İ


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58