Cümə axşamı, 02 May

Suriyada toqquşmalar zilə qalxır: Cənubi Qafqaz proseslərin arasında - TƏHLİL

image

Suriya münaqişəsində İranın fəallığı özünün növbəti mərhələsini yaşayır.

Tehranın aktivləşməsi regionda hərbi, siyasi və iqtisadi təsir dairələrinin yenidən bölüşdürülməsi uğrundakı mübarizənin şiddətlənməsindən xəbər verir.

Tehran fəaliyyətini Rusiya ilə koordinasiya formatında genişləndirir, mümkün hədəflərdən biri ABŞ-ni Suriyada zəiflətmək və mühüm enerji resurslarına çıxış əldə etməkdir.

Beləliklə, Suriya özünün yeni bədbəxtliyini yaşayır, çünki güc təsnifatının dəyişdirilməsi üçün növbəti kədərli dövr başlayıb.

Suriya poliqonundakı cari vəziyyət – qısa təsvirlər:

- İran Suriyanın şərqində milis dəstələri quraraq, onları ABŞ-nin nəzarətində olan zolaqlara müdaxilə üçün təlimatlandırır;

- İran qəbilələrdən ibarət “Haşimi qəbilələri alayı” yaradıb (ayrıca diqqət ediləsi mövzudur);

- ABŞ-nin qalxanı qismində olan Suriya Demokratik Qüvvələrinin (SDQ) Deyr əz-Zor vilayətindəki ərəb qəbilələri ilə koalisiyası davam edən narazılıqlar və toqquşmalar fonunda dağılır;

- Suriya rejimi Rusiya və İranın dəstəyi ilə SDQ-nin nəzarətində olan ərazilərə hücumları artırır;

- İran və Rusiyanın ərsəyə gətirdiyi qəbilə hücumları nəticəsində Deyr əz-Zor əyalətinin cənub bölgələri SDQ-nin nəzarətindən çıxıb;

- Türkiyənin PKK-ya qarşı keçirdiyi hərbi-kəşfiyyat əməliyyatlarına cavab olaraq Türkiyənin Raqqanın şimalında yerləşən bazası hədəf alınıb;

- İsrail İranın Həma və Tartus əyalətlərindəki hava hücumundan müdafiə vasitələrini məhv edib;

- İŞİD terror təşkilatının Suriyada başlanan dirçəlməsi üçün şərait yetişir (daha təhlükəli tendensiya);
- ABŞ və PKK Suriya rejiminə qarşı etiraz aksiyaları təşkil edirlər.

Suriya lövhəsindəki oyunçuların maraqlarının toqquşması, ziddiyyətlərin zilə qalxması regional eskalasiyadır, indi aktorlar qazanclarını möhkəmləndirmək, silahlarını hədəfə vurmaq üçün təşəbbüslərini genişləndirirlər.

ABŞ-nin isə bu proqramda görünmə qabiliyyəti azalır, hərçənd ki, Vaşinqtonu Suriyada strateji itkilərə məruz qoymaq çətindir. Ağ Ev əlindəki enerji resursları ilə zəngin əraziləri kiməsə peşkəş etmək niyyətində deyil.

Proseslərin bu nöqtəsi sövdələşmə sxemi barədə təsəvvür yaratmağa imkan verir.

Məsələn, İranla Türkiyə bir-birinə əks cəbhədə dayansalar da, son proseslərdə ayaqları tapdalayan mövqelər səsləndirilmir və Rusiya da bu oxa dəstək göstərir.

Rusiya və İsrail ayrıca, Türkiyə və İsrail isə başqa xüsusiyyətlərlə bir-birinin əlini sıxır, burada yeganə təkcə qalan tərəf ABŞ görünür.

Lakin bundan belə məna çıxarmaq olmaz ki, ABŞ Suriyada effektiv əks-hərəkətə keçmək üçün tələb olunan vaxtı gözləniləndən daha da uzun edəcək.

Dəfələrlə bildirmişik ki, Suriyadakı hadisələrin əks-sədası Cənubi Qafqazda da hiss olunur, məsələn, İranın qəbilələrdən ibarət proksi qüvvə yaratması diqqətdən kənarda qala bilməz.

Suriyadakı pay bölgüsündə anlaşılmazlıqlar çoxalarsa, Cənubi Qafqaz orbiti yenə öz oxundan çıxacaq.

Regional zəncirlərin bir-birinə əhatəli şəkildə bağlılığından dolayı Cənubi Qafqazda Suriya ssenarisi üzrə planların icrasına yönələn aktların şahidi ola bilərik.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15