Bazar, 05 May

Axtarış

Saat” üzrə 3862 nəticə tapıldı

14.04.2024 - 00:15

KİV: İran İsrailə pilotsuz təyyarə ilə zərbə endirib

İran İsrailə pilotsuz təyyarələr ilə zərbələr endirib. Bu barədə İsrailin yerli radiosu məlumat yayıb. Həmçinin bildirilir ki, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə saatlarında üç saat bağlı olacaq.


13.04.2024 - 10:05

Ordumuzun mövqeləri yenidən ATƏŞƏ TUTULDU

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.


10.04.2024 - 16:20

Bu rayonun sakinlərinə ŞAD XƏBƏR: Ucuz qiymətə mənzil sahibi ola bilərlə

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində güzəştli mənzillərin tikintisi üçün mənzil bazarının araşdırılmasına və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsi ilə bağlı araşdırmalara başlayıb. Xəbər verilir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq MİDA-nın Mətbuat Xidmətində


10.04.2024 - 11:16

5 yaşlı uşağı maşın vurub öldürdü

Ağdaşda 5 yaşlı uşağı maşın vurub. Xəbər verilir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, aprelin 9-da saat 18 radələrində Ağdaş şəhəri ərazisində Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edib. Faktla bağlı


10.04.2024 - 09:00

Azərbaycanda bu şəxslər bütün avtobuslardan pulsuz istifadə edə bilər - RƏSMİ

Bu gün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Ramazan bayramı qeyd olunur. Bayram günlərində qonşu ölkələrdə əhaliyə müəyyən güzəştlər nəzərdə tutulub.  Xəbər verilir ki, qardaş Türkiyədə Ramazan tətili zamanı körpülər və avtomobil yollarının pulsuz olması barədə qərar qəbul olunub. Oxşar praktikanın Azərbaycanda da tətbiq olunma ehtimalı varmı? Bu məqsədlə Rəqəmsal İnkiş


09.04.2024 - 14:23

Erməni tərəf Kəlbəcəri atəşə tutub

Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Xəbər verilir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirlə


09.04.2024 - 09:14

Ermənistan Laçındakı mövqelərimizi ATƏŞƏ TUTDU

Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Xəbər verilir ki, bu barədə Mü


08.04.2024 - 19:12

Bu ərazilərdə qaz olmayacaq

Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəz olunması və Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə 09.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaqdır. Xəbər verilir ki, bu barədə “Azəriqaz” İB mə


08.04.2024 - 17:25

Ramazanın sonuncu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 30-cu günüdür. Xəbər verilir ki, sabah imsak vaxtı saat 04:42, iftar isə 19:28-dədir. İmsak duası: “Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”. Tərcüməsi: “İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğə


08.04.2024 - 15:25

Bu gün tam Günəş tutulması müşahidə olunacaq

Bu gün Yer kürəsinin sakinləri nadir təbiət hadisəsini - tam Günəş tutulmasını müşahidə edə biləcəklər. Tutulma pik nöqtəsinə Meksikada çatacaq. Orada Günəş diskinin qaralmasını təxminən 4,5 dəqiqə izləyə biləcəklər. “Meksikanın şimalında Bakı vaxtı ilə saat 22:17-də tutulmanın ən böyük mərhələsi müşahidə olunacaq, 1,029-a bərabər və ümumi fazanın müddəti dörd dəqiqə 28 saniyə


08.04.2024 - 14:10

Bayram namazının saatı bəlli oldu

Azərbaycan məscidlərində Fitr bayramı namazı Əjdərbəy məscidində aprelin 10-u saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq. Xəbər verilir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. Bayram namazı həmçinin digər məscidlərdə də 08:00 və 09:00-da qılına bilər. Namaz vaxtını məscid imamları camaatın istəyinə uyğun olaraq müəyyənləşdirə bilərlər. Bu il Azərbaycanda Ramazan


08.04.2024 - 10:49

Beyləqanda ağır yol qəzası, 20 nəfər yaralanı

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, Zəngilandan Zaqatala istiqamətinə sərnişin daşıyan "ISUZU" markalı avtobusun aşması nəticəsində 17 nəfər yaralanıb. Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Sərnişinlərin Qarabağda aparılan tikinti işlərində çalışan fəhlələr olduğu deyilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru,


Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15