“Tbilisi” üzrə 165 nəticə tapıldı
Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv olunub. Xəbər verilir ki, bununla bağlı Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çinin Gürcüstandakı səfiri Zhou Jiang iki ölkə hökumətləri arasında Gürcüstan vətəndaşlarının Çinə vizasız gediş-gəlişini təmin edəcək “Adi pasport sahibləri üçün viza tələblərindən qarşılıqlı azad edilməsi
Novruz bayramının gəlişi ilə milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdim edir. Bu barədə AZAL-a istinadən xəbər verilir. Məlumata görə, sərnişinlərin istəklərini təmin etmək üçün bayram günlərində Avropa və Asiyanın bir çox şəhərinə aktiv uçuş proqramı planlaşdırılır. İlin bu dövründə günəşli havada, də
Noyabrın 24-də Azərbaycanın milli aviadaşıyıcısı AZAL unikal aksiya həyata keçirib. Xəbər verilir ki, aviaşirkət tərəfindən sərnişinlərə 35-dən çox istiqamət üzrə endirimli biletlər təklif olunub. Biletlərin qiyməti 39 avrodan başlayırdı. Beləliklə, kampaniya geniş ictimaiyyətə Avropa, Asiya və Yaxın Şərq ölkələrinin müxtəlif şəhərlərinə daha münasib qiymətə səyahət etmək imkanı yaratdı. Ətraflı Kampaniyanın ə
SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Alatava QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin 0-cı km-də quraşdırılmış siyirtmənin görüləcək təmir işləri ilə əlaqədar, 13.11.2023-cü il tarixdə saat 14:00-dan işlər başa çatanadək “Alatava” QPS-dən qidalanan “Tbilisi prospekti” və “Mikrorayon” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq. “Azəriqaz” İstehsalat Bİrliyindən verilən məlumata görə, təmir işləri aparı
Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana doğru hərəkət edir. Xəbər verilir ki, “Caliber”in etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, digər silahlarla yanaşı, Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli texnikası bu gecə Gürcüstanın Poti limanına yola salınıb. “Bastion” üçün komponentlər də göndərilib. Onun tədarü
Oktyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Ə.Əsədov Gürcüstan paytaxtında keçirilən Tbilisi İpək Yolu Forumuna dəvətə görə təşəkkürünü bildirib, regional və qlobal gündəlikdə duran iqtisadi və nəqliyyat məsələlə
"2022-ci ilin dekabrında Buxarestdə Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya liderləri tərəfindən imzalanmış strateji saziş enerji tərəfdaşlığı üçün möhkəm zəmin yaradıb və Dünya Bankı artıq bunu iqtisadi cəhətdən sərfəli saziş hesab edir". Xəbər verilir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Tbilisi İpək Yolu Forumu”nda çıxışı zamanı bildirib. Baş nazirin sözlərinə görə, 2024-cü ildə
Tbilisidə, Qafqaz Beynəlxalq Universitetinin yaxınlığındakı Çarqli küçəsində yerli sakinlərlə əcnəbi tələbələr arasında baş verən fiziki qarşıdurma atışma ilə nəticələnib. Xəbər verilir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. Nazirlikdən verilən məlumata görə, xəsarət alan olmayıb. Tərəflər arasında qarşıdurma avtomobilin səhv park edilməsi səbəbindən başlayıb. Hazırda hadisə yerinə
Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib. Bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 08:00-da paytaxt Tbilisi yaxınlığında qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilmir.
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili ölkədə tez bir zamanda hakimiyyətin dəyişəcəyini proqnozlaşdırır. O, hökuməti müxalifətlə danışıqlar masasına oturmağa və hakimiyyəti dinc yolla ona ötürməyə dəvət edib. Xəbər verilir ki, o, bu barədə məhkəmə iclasında bildirib. Saakaşvilinin sözlərinə görə, heç kim xalqın iradəsinə müqavimət göstərə bilməz və
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib. Xəbər verilir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sentyabrın 19-u
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə bu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına “WizzAir Malta”, “Flyadeal”, “Air Cairo” kimi aşağıbüdcəli aviadaşıyıcılar əlavə olunub. Dövlət Mülki Aviasiya Agentliyinin bu istiqamətdə gördüyü işlər nəticəsində müvafiq xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 16-ya çatdırı