Şənbə, 18 May

Axtarış

Zavod” üzrə 308 nəticə tapıldı

01.10.2021 - 13:15

İranda raket istehsal edən zavodda partlayış baş verdi - FOTOLAR

İsrailin kəşfiyyat şirkəti İranda raket istehsal edən zavodun partlayışdan sonrakı peyk fotoşəkillərini yayımlayıb.  Xəbər verilir ki, partlayışın bir neçə gün əvvəl baş verdiyi bildirilib. İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus zavodda raket istehsal olunduğu bildirilib. Hadisənin baş verdiyinə dair peyk görüntüləri İsrail kəşfiyyatı tərəfindən yayımlanıb. Bəzi məlumatlara görə həmin zavodda ballistik raketlərin araşdırılması


24.09.2021 - 14:12

“Qarabağdakı hərbiçilər Paşinyanı aldadıblar” – Baş nazirə saxta xəritə verilib

“Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 %-dir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin”. Bu sözləri, ötən gün BMT Baş Assambleyasının 76-cı sessiyasında Prezident İlham Əliyev söyləyib. Bununla yanaşı müşahidəç


23.09.2021 - 12:36

Ukraynada “Bayraktar” istehsal edən zavod tikiləcək

Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarını istehsal edən zavod tikiləcək. Xəbər verilir ki, bu barədə məlumatı ölkənin xarici işlər naziri Dmitri Kuleba verib. Nazir BMT Baş Assambleyası çərçivəsində Prezidentlər Vladimir Zelenski və Rəcəb Tayyip Ərdoğan arasında görüşü şərh edərkən bunları söyləyib. “Ölkələrimiz arasında bir neçə ambissiyalı layihə var. Burada həm pilotsuz uçuş aparatlarının, həm də Ukrayna


20.09.2021 - 10:37

Araik Xocalı ərazisində sement zavodu açdı - VİDEO

Qarabağda Rusiya hərbi kontingentinin himayəsindəki separatçı rejim sement və başqa tikinti materialları istehsal edəcək zavod açıb. Erməni mediasının yaydığı məlumata görə, bu haqda separatçı-kriminal xuntanın başçısı sayılan Araik Arutyunyan öz “Facebook” səhifəsində yazıb. O bildirib: “Əziz həmvətənlər! Artsaxda müasir bir sement zavodunun inşası proqramının investoru ilə 2020 -ci ilin sentyabrında bizə qarşı başlanan müharibəni müzakirə etdik. Müharibə


14.09.2021 - 09:35

Qarabağa qayıdan sakinlər necə yaşayacaq, nə ilə dolanacaq? – İqtisadi təkliflər

2020-ci il iyulun 7-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı. Beləliklə, 1991-ci ildə tətbiq edilmiş bölgü dəyişdirilərək iqtisadi rayonlarımızın sayı 10-dan 14-ə çatdırıldı.  Müvafiq fərmanla Cəbrayıl, Zəngilan, Qubadlı Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayon olan Şərqi Zəngəzurda birləşdi. Qarabağ iqtisadi rayonunun tə


10.09.2021 - 15:15

Etirazçı ermənilər yolu bağladı - Polis güc tətbiq etdi - VİDEO

Ermənistanın Ararat əyalətinin üzümçüləri bu gün üzüm tədarük edən şirkətlərin bütün üzümləri qəbul etmələrini tələb edərək etiraz aksiyası keçirməyə cəhd ediblər. Xəbər verilir ki, onlar zavodlardan üzümün hər kiloqramı üçün 120-130 dram əvəzinə 150 dram ödəmələrini tələb ediblər. Etiraz səbəbilə sakinlər və üzümçülər İrəvan-Yerasx


05.09.2021 - 18:39

Azərbaycanda 3 milyon qiymət qoyulan zavod 1 milyona satıldı

“BNQMAZ” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Xəbər verilir ki, bununla bağlı rəsmi məlumatda deyilir: “Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 iyun 2021-ci il tarixində Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin nizamnamə kapitalının 97,7 faizini təşkil edən 1 465388


01.09.2021 - 12:17

Fazil Məmmədov müflis olub? - Sabiq nazirin şirkəti vergi borcunu ödəməkdən niyə yayınır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Synergy Group” MMC-ni məhkəməyə verib. Məlumata görə, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. MMC 48 min manat vergi borcunu ödəməkdən yayınır. “Synergy Group” MMC 50 milyon manatlıq nizamnamə kapitalı ilə 25 yanvar 2010-cu il tarixdə yaradılıb. Şirkətin qanuni təmsilçisi Elnur Xaləddin oğlu İsgəndərovdur. Elnur İsgəndərov


30.08.2021 - 10:15

Kiyevdə güclü partlayış: Çoxsaylı yaralı var

Ukraynanın paytaxtı Kiyevin Qrebenki qəsəbəsindəki şəkər zavodunda buxar partlayışı baş verib. Xəbər verilir ki, bu barədə Kiyev vilayət polisinin rabitə şöbəsi məlumat yayıb. Belotserkovski rayon polis idarəsinin istintaq-əməliyyat qrupu dərhal hadisə yerinə gedib. İlkin məlumata görə, qəzaya səbəb qazanlardan birinin nasazlığı olub. Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilib.


24.08.2021 - 14:59

Sabiq icra başçısının həbs müddəti uzadıldı

Səbail Rayon Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Əldə etdiyimiz məlumata görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən, Alimpaşa Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddə


11.08.2021 - 13:17

Erməni ordusu daşınır: Rusiya Qarabağda nə etmək istəyir?

Ermənistan hərbi birliklərinin Qarabağa Laçın dəhlizi vasitəsilə daşınması barədə yayılan məlumat ciddi narahatlıq doğurur. Məlumat belədir: 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyət gətirilib, o cümlədən, mülki geyimli hərbçilər minik avtomobilləri ilə Qarabağa gəlir. Laçın dəhlizinə nəzarət edən rus sülhməramlılarının bu hərbi yükü və əsgərlə


10.08.2021 - 12:36

İranın Neft-Kimya zavodunda yanğın: 200 ton maddə yandı

Avqust ayının 9-u saat 2 radələrində İranın cənubunda yerləşən Buşehr vilayətində Xark Neft-Kimya Şirkətinin zavodunda yanğın baş verib. Xəbər verilir ki, bunu İranın Xark Neft-Kimya Şirkətinin sözçüsü Məhəmməd Əli Kazemipur deyib. M.Kazemipurun sözlərinə görə, zavodun anbarında təxminən 200 ton pentan olub. Baş verən yanğın səhər saatlarında söndürülüb. Hazırda soyudulma işləri aparılır.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41