Cümə axşamı, 02 May

Araik Xocalı ərazisində sement zavodu açdı - VİDEO

image

Qarabağda Rusiya hərbi kontingentinin himayəsindəki separatçı rejim sement və başqa tikinti materialları istehsal edəcək zavod açıb.

Erməni mediasının yaydığı məlumata görə, bu haqda separatçı-kriminal xuntanın başçısı sayılan Araik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib:

“Əziz həmvətənlər! Artsaxda müasir bir sement zavodunun inşası proqramının investoru ilə 2020 -ci ilin sentyabrında bizə qarşı başlanan müharibəni müzakirə etdik. Müharibədən sonra sahibkar nəinki biznes ideyasından əl çəkmədi, həm də onu tam şəkildə həyata keçirdi. İnvestisiya proqramının dəyəri təxminən 2 milyon ABŞ dolları idi. Zavod sementdən başqa, digər tikinti materialları da istehsal edəcək. Əminəm ki, bu materiallar Artsaxdakı genişmiqyaslı tikinti işlərində geniş tətbiqini tapacaq"- Araik belə yazıb.

Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, sözügedən sement zavodu Azərbaycanın keçmiş "Əsgəran rayonu" deməli, indiki Xocalı rayonu ərazisində tikilib.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15