“deputat” üzrə 1095 nəticə tapıldı
“Kapital Bank” ASC deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovu məhkəməyə verib. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Deputat və qardaşının məhkəməyə verilməsinin səbəbi borc müqaviləsi üzrə mübahisələrdir. İqbal Məmmədov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilə
Müdafiə Nazirliyi Milli Məclisin deputatı Aqil Abbasın Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Nazirlikdən verilən məlumatda deyilir: “Milli Məclisin üzvü, millət vəkili Aqil Abbasın Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti barədə səsləndirdiyi subyektiv və əsassız fikirlər təəssüf hissi doğurur. Bu cür fikirlər ictimaiyyətimizdə ç
Milli Məclisdə Türkiyə Respublikasının ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilir. Xəbər verilir ki, nümayəndə heyətini Milli Məclisin sədri Sahibə Qafarova qəbul edir. Görüşdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və digər deputatlar iştirak edir. Görüş hazırda davam edir.
Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Daşıdıqları vəzifə ilə bir araya sığmayan öz qanunsuz əməlləri ilə vətəndaşların hüquqlarını pozan, qarşılıqlı etimad əsaslı məmur-vətəndaş münasibətlərinə zərər vurmaqla dövlətin nüfuzuna kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfində
“Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq”. Xəbər verilir ki, bunu deputat Rəşad Mahmudov bildirib. O əlavə edib ki, epidemioloji vəziyyət nəzarət altına alındıqdan sonra rəqəmlər yenidən azalmağa getdiyi zaman vəziyyət fərqli ola bilər: “Biz keçən il yayda evlərimizdə bağlı
I YAZI “İnsanların tarixdən çıxardıqları dərs ondan ibarətdir ki, insanlar tarixdən heç bir dərs çıxarmırlar!” Alman klassik fəlsəfəsinin yaradıcılarından sayılan Georg Fridrix Hegelin XIX əsrdə irəli sürdüyü bu postulat sonradan ingilis filosofu Oldos Haksli tərəfindən XX əsrdə təsdiqlənsə də mahiyyət etibari ilə XXI əsrdə bu fikirləri təkrarlamaq heç də ürək açan deyil. Məhz Oldus Haksli antiutopiya nəzəriyyəsi ilə
Azərbaycanda Milli Məclisdə təmsil olunan deputatların bəzilərinin biznes fəaliyyəti ilə məşğul olması faktı yəqin ki, bir çox oxucuya məlumdur. Hətta bu deputatlardan bəziləri dövlət əhəmiyyətli sahələrdə monopoliya yaradacaq qədər irəli getməyə nail olub. Halbuki, mövcud qanunvericilikdə millət vəkili olan bu şəxslərin biznes fəaliyyəti ilə məşğul olmaları qadağan edilib. Bu dəfə haqqında məlumat verəcəyimiz
Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar verib. Əldə edilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Əhalinin həyat
Yarım ay öncə həbs edilən general-leytenant Rövşən Əkbərovun ətrafında gedən proseslər sabiq müdafiə naziri Səfər Əbiyevi də gündəmə gətirib. Bu, təsadüfi deyil, çünki həbsdəki general-leytenantın ordudakı fəaliyyətinin böyük bir hissəsi 1995-2013-cü illərdə nazir vəzifəsində çalışan Əbiyevin vaxtına düşür. Bu da haqlı olaraq o sualları meydana çıxarıb ki, Əkbərovun cinayətlərinin gizlədilməsində sabiq nazirin
“Həmzəyevi korpus komandiri vəzifəsinə Ramiz Mehdiyev təyin etdirmişdi; Rövşən Əkbərov, Xəqani Cəbrayılov Nəcməddinin dəstəsinə daxil idilər”… Yarım ay öncə həbs edilən general-leytenant Rövşən Əkbərovun ətrafında gedən proseslər sabiq müdafiə naziri Səfər Əbiyevi də gündəmə gətirib. Bu, təsadüfi deyil, çünki həbsdəki general-leytenantın ordudakı fəaliyyətinin böyük bir hissəsi 1995-2013-cü
"Heydər Əliyev ordeni onun burnundan gəlsin, haramı olsun!" Məlumatlara görə, bu sözləri Müdafiə Nazirlyinin sabiq mətbuat katibi, eks deputat Eldar Sabiroğlu öz yazısında qeyd edib. Həmin yazını oxuculara təqdim edirik: Qarğışımın kimə aid olduğunu bilmək məncə çətin deyil. Söhbət indi də elmimizə baş kardinallıq edən Ramiz Mehdiyevdən gedir. Yeni və köhnə ramizşünasların yarışından yazmaq qərarına gəldim. Deyəsən,
Ağ Partiyanın sədri Tural Abbaslı sensasion sayılacaq təkliflə çıxış edib. Məlumata görə, partiya sədri Milli Məclisin deputatlarına hər ay əlavə müavinət verilməsini təklif edib. Bu gün “Müsavat” TV-nin qonağı olan siyasətçi fikrini millət vəkillərinin xərclərinin çox olması ilə izah edib: “Məlum olduğu kimi, Azərbaycanda parlament mojaritar seçki sistemi əsasında formalaşır. Bu isə o deməkdir ki, deputatlar müəyyən bir