“miqrasiya” üzrə 171 nəticə tapıldı
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Almaniyaya sığınmaq məcburiyyətində qalan Ukrayna vətəndaşı olan azərbaycanlıların bir qrupu Ukraynaya qayıdıb. Xəbər verilir ki, aprelin 10-da Ukraynaya geri qayıtmaq istəyənlər Almaniyanın Duisburq şəhər vağzalına toplaşıblar. Geri dönmək istəyənlərin sırasında ümumilikdə 11 azərbaycanlı olub. Polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yoxlanılan şəxslər avtobusa mindirilərək, yola
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir. DİM-dən bildirilib
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanlar keçirəcək. DİM-dən verilən məlumata görə, imtahanlarda 27 mindən çox abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur. Aprelin 2-də keçiriləcək imtahanların siyahısı aşağıdakı kimidir: 1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə
Prezident İlham Əliyev 2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. Xəbər verilir ki, Sərəncamda deyilir: “1. Müəyyən edilsin ki, 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamı
Özbəkistanın hüquq-mühafizə orqanları ölkənin Xarici Əmək Miqrasiyası Agentliyinin direktoru Afzəl İrmatovu həbs edib. Bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb. “Afzəl İrmatov Özbəkistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək hüquq-mühafizə orqanları tərəfindən həbs edilib” – ictimaiyyət üçün dərc edilən məlumatda qeyd olunub. İrmatov 2022-ci ilin noyabrından agentliyə rə
İnfeksionist: “Yeni pandemiyanın nə vaxt olacağını söyləmək çətindir” “Broyler toyuqları daha təhlükəsizdir, çünki...” Ötən gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə təmas qrupunun zirvə görüşünə videoformatda qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVİD-19 pandemiyasının bitməsi ilə bağlı məlumat verib. “Pandemiya bitir. İndi hər bir ölkə öz üzərinə düşəni etmə
Ölkə ərazisində sabitliyi təmin edə bilməyən İran hökuməti regionda təhlükəsizliyin təminatçısı kimi çıxış edir ki, bu da ikrah hissi doğurmaya bilməz. Xəbər verilir ki, dünən İranın Tehran, Kərəc, İsfahan, Rəşt və digər şəhərlərində kütləvi aksiyalar davam edib. Aksiya iştirakçıları getdikcə daha radikal şüarlar səsləndirirlər. Məsələn, aksiyaların ilk günlərində, sadəcə olaraq, “Qadınlara azadlı
Kahramanmaraşda baş verən və Suriyada da can itkisinə səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardımlar gəlməkdə davam edir. Xəbər verilir ki, ABŞ prezidenti Co Bayden Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş insanların vacib ehtiyaclarının ödənməsi üçün 50 milyon dollar yardım ayrılması barədə göstəriş verib. Bayden 1962-ci il tarixli İmmiqrasiya və Qaçqınlara
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Məlumata görə, qanun layihəsini deputat Kamal Cəfərov təqdim edib. Deputat Fəzail Ağamalı qanuna dəyişikliklərin mütərəqqi xarakter daşıdığını söyləyib. F.Ağamalı qeyd edib ki, layihədə ata və ya anadan biri Azərbaycan vətəndaşı olduğu halda, dü
Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 100 min manat dəyərində dövlət qiymətli kağızlarına sahib olduqda müvəqqəti yaşamaq üçün icazə veriləcək. Xəbər verilir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda qəbul müzakirəyə çıxarılıb. Belə ki, yeniliklə nominal dəyəri azı 100 min manat olan dövlə
Nurlana Əliyeva “mən aydan arı, sudan duruyam” desə də, onun xarici ölkəyə müraciət etməklə gətirilməsi təmin oluna bilər Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib. Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə barəsində məcburi mə
25 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasına səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə “Viza almaq üçün ərizə-anket portalı” (www.visaapplication.mfa.gov.az) Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilib. Bu barədə XİN-dən bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 37-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrə