Çərşənbə axşamı, 14 May

Axtarış

nefti” üzrə 110 nəticə tapıldı

28.01.2022 - 17:00

Vahid Əhmədov: “Ərzaq məhsullarının qiymətinin artımı müəyyən müddət davam edəcək”

“Neftin qiymətinin bahalaşması Azərbaycana, əlbəttə ki, sərf edir, çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil olur. Amma ölkədə ərzaq məhsullarında müşahidə edilən qiymət artımı ilə neftin qiymət dəyişikliyi arasında əlaqə yoxdur. Yəni, neftin qiymətinin artması ərzaq məhsullarının qiymətinin düşməsinə səbəb ola bilməz. İstənilən halda, biz Milli Məclisdə bu məsələ ilə bağlı ciddi


20.01.2022 - 12:07

Ötən il xərcimiz gəlirimizdən nə qədər çox olub? - ilin yekunları açıqlandı

Ekspert: “İnflyasiya xərclərimizi 2 dəfə artırıb” Dövlət Statistika Komitəsi 2021-ci ilin iqtisadi yekunlarını açıqlayıb. Komitənin hesablamalarına əsasən 2021-ci ildə ölkədə 92 milyard 857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu zaman neft-qaz sektorunda ÜDM istehsalı 1,8 faiz, qeyri neft-qaz sektorunda isə 7,2 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manata bərabər olub. Mədənçıxarma


18.01.2022 - 14:29

Azərbaycan neftinin qiyməti 90 dollara çatdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,8 % artaraq 89,84 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Ötən gün “Brent” markalı neftin bir bareli 89,12 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci


15.11.2021 - 16:10

Anar Məmmədovun batan gəmisi xilas oldu - “Trump Tower”də təmir gedir

Bakıda “Trump Tower” oteli kimi tanınan məşhur binada təmir-bərpa işlərinə başlanıb. Hazırda binanın həm fasadında, həm də içərisində ciddi təmir işləri aparılır. Bəllidir ki, görünüşcə gəmi yelkəninə bənzəyən bu bina keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən inşa edilib. Anar Məmmədovun “gəmisi” yenidən hə


05.11.2021 - 11:39

ABŞ və İran arasında dəniz döyüşü - YENİ GÖRÜNTÜLƏR YAYILDI VİDEO

Oman dənizində iki gün əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin və vertolyotların İrana aid nəhəng “Southys” neft tankerini ələ keçirməsi cəhdi və İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin bu cəhdin qarşısını alması barədə yeni videokadrlar yayılıb. Xəbər verilir ki, İnqilab Keşikçiləri Korpusunun helikopterindən çəkilmiş görüntülərdə tankeri ABŞ donanmasının iki dö


04.11.2021 - 09:21

İran neft tankerinin ABŞ tərəfindən ələ keçirilməsinin qarşısını alıb

ABŞ Ərəbistan dənizində İran neftini daşıyan tankeri ələ keçirdikdən və gəminin daşıdığı nefti başqa tankerə doldurduqdan sonra tankeri naməlum nöqtəyə aparıb. Lakin İranın Hərbi Dəniz Qüvvələri tankerin göyərtəsində hava əməliyyatı həyata keçirərək tankeri İran sularına doğru istiqamətləndiriblər. Daha sonra ABŞ qüvvələri bir neçə helikopter və döyüş gəmisi ilə neft tankerini izləyərək


03.11.2021 - 10:22

Bayden Rusiyanı buna görə ittiham etdi

ABŞ Prezidenti Cozef Bayden neftin qiymətinin artmasında Rusiya və OPEK ölkələrini ittiham edib . Xəbər verilir ki, bu barədə C.Bayden Qlazqoda keçirilən mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, neftin qiymətinin artması OPEK ölkələrinin, xüsusən də Rusiyanın əlavə neft hasilatından imtinasının nəticəsidir: "Benzinin, neftin qiymətlərinə nəzər salsanız, bu, Rusiya və ya OPEK ölkələrinin neft hasilatını artırmaqdan imtinası


07.10.2021 - 10:34

İran Azərbaycanla “soyuq müharibə”də: Bizi hansı dövlətlər dəstəkləyəcək?

İranın Azərbaycana qarşı artan təhdidləri fonunda rəsmi Bakını müdafiə edəcək güclərin koalisiyaya çevrilməsi belə istisna deyil. Artıq Türkiyənin və Gürcüstanın İranla sərhədlərini bağlaması bunun ilkin işartıları kimi qiymətləndirilə bilər. Eyni zamanda Tehranın ənənəvi düşmənləri olan ABŞ və İsrailin də Azərbaycanı dəstəkləyəcəyi heç kimdə şübhə doğurmur. Xəbər verilir ki,


28.09.2021 - 12:55

Neftin və qazın qiyməti BAHALAŞDI

Avropada qazın min kubometrinin qiyməti ICE birjasında 1000 dolları keçib. Xəbər verilir ki, dünya birjalarında isə neftin bir barrelinin qiyməti 80$ ötüb. Azərbaycan Avropaya qaz ixrac etməyə başlayanda (yanvar 2021) qazın min kubometri 200$ civarında idi. Azərbaycan Avropanın qaz bazarına ildə 10 milyard kubmetr təbii qaz nəql etməyi planlaşdırır.


13.09.2021 - 11:17

Neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 0,32% artaraq 1 barelə görə 73,15 dollar təşkil edib. Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,36% artaraq 69,97 dollar təşkil edib.


06.09.2021 - 09:15

ABŞ-ın sanksiyaları İranı 100 milyard gəlirdən məhrum edib

"İran 2018-2021-ci illərdə 1,8 milyard barel nefti sata bilməyib ki, bu da dövlət büdcəsini 100 milyard dollar həcmində gəlirdən məhrum edib". Xəbər verilir ki, bu barədə məlumatı İranın yeni neft naziri Cavad Oruci deyib. O bildirib ki, sanksiyalar neftin ixracına və satılmasına böyük maneədir. Qeyd olunub ki, iqtisadi sanksiyalar yalnız neftin ixracına deyil, eyni zamanda İrana neft hasilatı üçün yeni texnologiyaların gətirilməsinə və neft sahə


10.08.2021 - 12:36

İranın Neft-Kimya zavodunda yanğın: 200 ton maddə yandı

Avqust ayının 9-u saat 2 radələrində İranın cənubunda yerləşən Buşehr vilayətində Xark Neft-Kimya Şirkətinin zavodunda yanğın baş verib. Xəbər verilir ki, bunu İranın Xark Neft-Kimya Şirkətinin sözçüsü Məhəmməd Əli Kazemipur deyib. M.Kazemipurun sözlərinə görə, zavodun anbarında təxminən 200 ton pentan olub. Baş verən yanğın səhər saatlarında söndürülüb. Hazırda soyudulma işləri aparılır.


Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00