Cümə, 03 May

Axtarış

polis” üzrə 2329 nəticə tapıldı

08.04.2024 - 15:06

Gözəllik salonundan yeddi min manatlıq əşya oğurlandı: İki qadın saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində gözəllik salonunda oğurluqda şübhəli bilinən iki qadın saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sözügedən ərazidə yerləşən gözəllik salonlarının birindən 7 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən iki qadın müə


08.04.2024 - 10:49

Beyləqanda ağır yol qəzası, 20 nəfər yaralanı

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, Zəngilandan Zaqatala istiqamətinə sərnişin daşıyan "ISUZU" markalı avtobusun aşması nəticəsində 17 nəfər yaralanıb. Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Sərnişinlərin Qarabağda aparılan tikinti işlərində çalışan fəhlələr olduğu deyilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru,


08.04.2024 - 10:30

Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLDİ

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sabiq sədri Cahangir Əsgərov daha bir vəzifədən azad edilib. Xəbər verilir ki, bir neçə ildir Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutan C.Əsgərov bu yaxınlarda təhsil ocağındakı vəzifəsini itirib. Cahangir Əsgərovun adı Milli Aviasiya Akademiyasının saytından da çıxarılıb. Belə ki, saytda hazırda Avianəqliyyat istehsalatı kafedrasının müdirinin texnika üzrə fəlsə


06.04.2024 - 20:44

Dünyanın ən məşhur ekoaktivisti saxlanıldı

Niderland polisi isveçli eko-fəal Qreta Tunberqi Haaqada icazəsiz etiraz aksiyasında saxlayıb. Qeyd olunur ki, “Extinction Rebellion” təşkilatının ətraf mühit fəalları Amsterdam, Rotterdam və Utrext də daxil olmaqla digər böyük şəhərlərlə birləşdirən A12 magistral yolunu bağlamağa cəhd ediblər. Polis yüz nəfərə yaxın fəalı A12 magistral yoluna çıxmaq istəyərkən saxlayıb. Onların arasında Qreta Tunberq də olub.


04.04.2024 - 13:45

İsrail polisi ilə erməni ruhaniləri arasında toqquşma -QALMAQAL BÖYÜYÜR

Qüds Erməni Patriarxlığı İsrail polisinin erməni məhəlləsində yerləşən “Koveru Partez”də (“İnək bağı”) hərəkətlərini pisləyib və onları qanunsuz adlandırıb. Xəbər verilir ki, çərşənbə günü səhər saatlarında israillilər Qüdsdəki “Koveru Partez” ərazisinə soxulub. Orada quraşdırılmış maneələr polisin dəstəyi ilə aradan qaldırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə erməni fəallar, elə


04.04.2024 - 10:21

Bakıda iki qızı oğlanların əlindən alıb otelə apardılar, birinə təcavüz etdilər - TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda 2001-ci il təvəllüdlü Lətif yetkinlik yaşına çatmayan Günelə (adlar şərti verilib – red.) təcavüz edib. Məlumata görə, Lətif 29 dekabr 2022-ci ildə gecə saat 4 radələrində Binəqədi rayonunda yerləşən hotellərdən birində 14 yaşına çatmamış Güneli döyəcəyi ilə hədələyib, ona zor tətbiq edib. O, hoteldə Günellə cinsi əlaqədə olub. Bir qədər sonra yenidən təkrar Gü


03.04.2024 - 17:30

“Rolex” saatları başına bəla oldu – 6 naziri istefa verdi

Peruda Prezident Dina Boluarteyə qarşı aparılan korrupsiya istintaqından sonra 6 nazir istefa verməli olub. Xəbər verilir ki, daxili işlər naziri Viktor Torres və təhsil naziri Miriam Ponce də daxil olmaqla 6 perulu nazir tutduqları vəzifələrindən istefa veriblər. Torres jurnalistlərə açıqlamasında istefasının ailə problemi ilə bağlı olduğunu deyib. Digər nazirlər isə məsələ ilə bağlı heç bir açıqlama verməyiblər. Xatırladaq ki, Peru polisi korrupsiya istintaqı çə


03.04.2024 - 10:09

Sürücülərə rəsmi xəbərdarlıq edildi: Zərurət olmadan...

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi aprelin 4-də ölkə ərazisində hava şəraitinin güclü küləklə müşayiət olunan kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib. Bu barədə “Yeni Sabah”a idarədən məlumat verilib. Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sü


02.04.2024 - 15:17

İstanbulda gecə klubunda yanğın: 7 nəfər öldü

İstanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib. Xəbər verilir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Bildirilib ki, yanğın zamanı 7 nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib


01.04.2024 - 17:16

Avtoxuliqanlıq edən xanım saxlanılıb

Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən xanım sürücü saxlanılıb Bakı şəhər DYP İdarəsindən verilən məlumata görə, BMW markalı, 90-XZ-012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.


01.04.2024 - 14:52

Taksi sürücüləri üçün vacib xəbər - Çıxış yolu var

Ötən həftə taksilərin fəaliyyəti ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilmiş dəyişikliklərə əsasən, artıq iyul ayından etibarən bu kateqoriyaya aid maşınların rəngləri fərqli olacaq. Belə ki, paytaxt Bakıda fəaliyyət göstərəcək taksilərin rənginin ağ və qırmızı olması nəzərdə tutulur. Bu baxımdan bir çox taksi sürücüsü avtomobillərinin sözügedən


30.03.2024 - 21:24

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı

Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Xəbər verilir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, “Hyundai” markalı, 99-SY-403 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15