Cümə axşamı, 16 May

Axtarış

qızı” üzrə 1860 nəticə tapıldı

06.05.2024 - 14:55

Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində bir sıra hava xətlərində təmir işləri aparılır. Xəbər verilir ki, bu barədə “Azərişıq” məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar bu gün saat 10:00-dan tətbiq olunan enerji kəsintisi Yardımlıda Bilnə və Astanlı kəndlərində 15:00-a kimi, Biləsuvar rayonunun bir hissəsində 12:30-dək, Lə


06.05.2024 - 09:35

Bakıda havanın temperaturu 12 dərəcəyə düşüb - FAKTİKİ HAVA

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağ və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb. Düşən yağıntının miqdarı Zərdabda 32 mm, Kürdəmir, Şəkidə 17 mm, İsmayıllıda 16 mm, Zaqatala, Göygöldə 15 mm,


05.05.2024 - 15:27

Azərbaycanda qızılca daha bir can ALDI

Hacıqabul sakini olan 17 yaşlı qız qızılcadan ölüb. Xəbər verilir ki, Hacıqabul rayonunun İkinci Udulu sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı gecə saatlarında qızılca diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırlaşan 17 yaşlı xəstə Bakıya aparılarkən yolda ölüb.


05.05.2024 - 10:40

Bakıda özəl klinikanın qadın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb. Məlumata görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. Belə ki, 1973-cü il təvəllüdlü Arzu Bəxtiyar qızı Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağ


04.05.2024 - 12:36

Bakıda evdən 7 minlik qızıl-zinət əşyası oğurlanıb

Bakıda evdən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər nazirliyindən verilən məlumata görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Hövsan qəsəbəsi ərazisində evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Zaur Həsənov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


04.05.2024 - 10:58

Azərbaycanda 41 yaşlı qadın qızdırmadan öldü 

Sumqayıtda 41 yaşlı qadın xəstəxanada ölüb.  Məlumat verilir ki, hadisə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeydə alınıb.  1983-cü il təvəllüdlü Turanə Lebey qızı Hacıyeva 2 gün öncə Qax rayonundan qızdırması olduğu üçün xəstəxanaya gətirilibmiş.  Faktla bağlı araşdırma aparılır. 


04.05.2024 - 09:43

Rusiya iqtisadiyyatı çöküşə gedir - BVF-dən ilginc iddia

Qonşu ölkə ilə bağlı bədbin proqnozlar özünü doğruldarsa, Azərbaycana  təsirləri nə ola bilər? Rəsmi Kremlin iddialı planlarına və prezident Vladimir Putinin vədlərinə rəğmən, Rusiya iqtisadiyyatı qarşıdakı 5 il ərzində dünya ilə müqayisədə daha yavaş inkişaf edəcək və qlobal ÜDM-dəki payını itirməkdə davam edəcək.  Belə bir proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) aprel ayı üçün makroiqtisadi proqnozlar blokunda yer alıb.  BVF-nin hesablamalarına gö


02.05.2024 - 18:31

Çox yaşamaq istəyiriniszə bunları yeyin

Uzun və sağlam ömür sürmək üçün emal olunmuş qidalardan uzaq durmaq vacibdir. Mütəxəssislərin fikrincə orqanizmi cavanlaşdıran qidalar da var. Sözügedən qidaları təqdim edirik: Tərəvəz Brokoli, ağ kələm və Brüssel kələmi qocalmanı yavaşlatmaqda və xərçəngdən qorunmaqda ən təsirli vasitə olur. Boşqabınızın 3/4 hissəsi tərəvəzlə doldurulmalıdır. Tünd yarpaqlı göyərti Belə tərəvə


01.05.2024 - 15:19

Beyonsun qızı aktrisalığa addım atır - FOTO

Dünyaca məşhur müğənni Beyonsun qızı Blue Lyvi aktrisalığa addım atır. Kino tarixinin kult cizgi filmlərindən biri olan "Kral Aslan əfsanəsi"ndə Beyonsun qızı Blu Ayvi iştirak edəcək.  Xəbər verilir ki, 12 yaşlı Blue Lyvi filmdə "Nala və Simbanın" qızı Kiaranı səsləndirəcək. Qeyd edək ki, bu onun ilk filmi olacaq.


01.05.2024 - 11:46

Qazaxda gənc qız 15 gündür itkin düşüb

Qazaxda 20 yaşlı qız itkin düşüb. Xəbər verilir ki, aprelin 16-da rayonun Yuxarı Salahlı kənd sakini F.Süleymanov polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib. O qeyd edib ki, qızı, 10 may 2004-cü il təvəllüdlü Mehriban İsayeva aprelin 16-da evi tərk edib. O, naməlum istiqamətdə gedərək itkin düşüb. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma və axtarış işləri hə


01.05.2024 - 10:06

Oğuzun 77 yaşlı sakini sirkə turşusundan zəhərləndi

Oğuzda 77 yaşlı qadın sirkə turşusundan zəhərlənib. Məlumata görə, axşam saat 20 radələrində rayonun Muxas kənd sakini 1947-ci il təvəllüdlü Saniyə Şükür qızı İdrisova kəskin zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı 77 yaşlı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. S.İdrisovanın vəziyyəti ağır olduğ


29.04.2024 - 21:40

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Yardımlı və Masallı rayonunun bəzi ərazilərində qaz kəsiləcək. Xəbər verilirki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, Yardımlı rayonu ərazisində “Ordahal-Yardımlı” yüksəktəzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının ləğv edilməsi ilə bağlı sabah saat 10:00-dan işlər başa çatanadək Yardımlı şəhəri və rayonun 15 kəndi olmaqla, ümumilikdə 3500 abonentin qaz təchizatının məhdudlaşdırılması,


Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00