“sıxlıq” üzrə 87 nəticə tapıldı
Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi həm II və III, həm də I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Məlumata görə, ötən ildən fərqli olaraq bu il heç bir abituriyent maksimum göstərici olan 700 balı toplaya bilməyib. Xatırladaq ki, eyni hal 2019-cu ildə də yaşanıb. Lakin hər iki dövrü müqayisə etdikdə bu ilin ümumi göstəricilə
Qadına qarşı zorakılıq halları mütəmadi olaraq gündəmə gətirilir. Cəmiyyətdə də “zorakılıq” sözü işlənərkən, ağla ilk gələn məhz qadınlar olur. Məsələn, ölkəmizdə hər il 800-dən çox cinayət işi məişət zorakılığı ilə bağlıdır ki, burada şiddətə məruz qalan tərəf daha çox qadınlardır. Statistik göstəricilərə görə, ötə
Azərbaycanda koronavirus (COViD-19) pandemiyası ilə əlaqədar 1 ildən çoxdur ki, Bakıdan regionlara və əks istiqamətdə sərnişin qatarlarının hərəkətinə qadağa qoyulub. Xəbər verilir ki, qadağa təkcə gecə saatlarında hərəkət edən qatarlara deyil, həm də gündüz saatlarında hərəkət edən Bakı-Gəncə sürət qatarına aiddir. Bu ilin may ayında isə Qəbələ Dəmiryol Vağzalının
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb. Bu qərarda bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00
Təxminən 1 il 4 aydan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov vasitəsilə toy şənliklərində iştirak edəcək sürücülə
Mağar və həyət toylarında cəmi 50 nəfər qonaq iştirak edə bilər. Tibbi maska mütləqdir, lakin qonaqlardan COVID-19 pasportu tələb olunmayacaq. Bu toylara nəzarəti isə polis əməkdaşları həyata keçirəcəklər. Xəzər TV-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyib ki, hətta COVID-19 pasportu olmuş olsa belə, həyətyanı sahələrdə keçirilən toylarda 150
Toy mərasimlərinin keçirildiyi şadlıq evlərində işləyən personalın 80 faizi COVID pasportuna malik olmalıdır. Xəbər verilir ki, bunu Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev deyib. O bildirib ki, personalın qoruyucu vasitələr, maskalar, əlcəklərdən istifadə etmələri məcburidir. “Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı monitorinqlər həyata
"Operativ Qərargahın məlum qərarından sonra nazirlik bir sıra tədbirlər həyata keçirib. Artıq bütün federasiyalara tövsiyə xarakterli məktub göndərilib. Hər bir idman federasiyası inkişaf etdirdiyi idman növü üzrə klub və zallarına nəzarət etməlidir". Xəbər verilir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib. O əlavə edib ki, federasiyalar vasitəsilə hər
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılov artıq xeyli müddətdir ki, şirkətdə əsas söz sahiblərindən birinə çevrilib. Hətta zaman-zaman bəzi mətbuat vasitələrində şirkətin məhz Mikayıl İsmayılovun göstərişləri ilə idarə olunduğu vurğulanıb. Ümumiyyətlə, adıçəkilən məmurla bağlı bu günə kimi müxtəlif KİV-lərdə saysız-hesabsı
Bakının Üzeyir Hacıbəyov və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində təmir işləri aprılır. Bu səbəbdən hazırda bu yolda sıxlıq müşahidə edilir. Xəbər verilir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumata görə, nəqliyyat axınını tənzimləmək üçün agentliyə məxsus "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC Üzeyir Hacıbə
Bakının Xətai rayonunda, Gəncə prospekti 30 ünvanında, 269 saylı məktəbin düz önündə göydələn tikintisinə yenidən start verilib. Xəbər verilir ki, ötən il bina tikintisinə cəhd edilsə də, ərazidə yaşayan sakinlərin etirazından sonra bünövrənin qazılması dayandırılmışdı. Ancaq indi sakinlərin etirazının və müdaxiləsinin qarşısını almaq üçün əraziyə cəlb olunan polislərin müşayiəti ilə qazma işlərinə
Koronavirusla bağlı tətbiq olunan karantin rejimi səbəbindən Bakı metrosu uzun müddətdir fəaliyyət göstərmir. Bu səbəbdən sərnişin daşımaları bütünlüklə avtobusların üzərinə düşüb. Nəticədə günün pik saatlarında avtobus daynacaqlarında və avtobuslarda sıxlıq yaşanır, heç bir sosial məsafə gözlənilmir. "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında