Bazar ertəsi, 20 May

Axtarış

xəstəxana” üzrə 1714 nəticə tapıldı

20.05.2021 - 10:11

Vaksindən sonra tibb bacısında qan laxtalanması aşkarlandı

Avstraliyalı 18 yaşlı  tibb bacısı koronavirus əleyhinə "AstraZeneca" peyvəndi vurdurub.   Xəbər verilir ki,  bundan sonra  Ellie Peacock adlı tibb işçisinin halı pisləşib. Belə ki, vaksin gənc qıza əks təsir göstərib. Şiddətli ağrı ilə xəstəxanaya müraciət edən Ellieye qan laxtalanması diaqnozu qoyulub. O, xəstəxanaya yerləşdirilib, həkimlər vaksindən sonra bu kimi halın ilk dəfə olduğunu vurğulayıblar.  Gəncin müalicəsi davam etdirilir. 


18.05.2021 - 17:53

Qəzza zolağında 132 bina dağıdılıb

İsrailin raket hücumları nəticəsində Qəzza zolağında ən azı 132 bina dağıdılıb, onlarla məktəb və xəstəxanaya ziyan dəyib. Xəbər verilir ki, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiya ofisinin yayımladığı hesabatda deyilir. Qeyd olunub ki, 621 mənzil və kommersiya obyektləri daxil olmaqla 132 bina tamamilə dağılıb, 316 ev ciddi ziyan görüb və yaşayış üçün uyğun deyil. Daha 6500 mənzilə isə nisbətən az zərər


18.05.2021 - 17:17

Əli Həsənovun nəvəsi hansı ölkədədir? - "İki nəfərin qatili öz kefindədir"

Şərti cəza ilə azadlığa çıxan Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev hazırda sərbəst şəkildə Avstryada yaşayır və bizneslə məşğuldur. Bu barədə  açıqlamasında qəzada ağır xəsarət alaraq həm özü, həm də həyat yoldaşı əlil olan, Türkiyə vətəndaşı Mutallib Tekiş deyib.  O, bildirib ki, Ə.Həsənovun nəvəsi heç bir məsuliyyət hiss etmədən həyatını davam


17.05.2021 - 13:52

Ucar sakini traktorla həmkəndlisini vuraraq öldürdü

Ucar rayonunda yol-nəqliyyat hadisəsi olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 15-də saat 20 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində kənd sakini R.Hüseynov idarə etdiyi “Belarus” markalı traktorla yolun kənarı ilə gedən həmkəndlisi Fəqani Murtuzovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Ucar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparı


17.05.2021 - 11:17

İki xəstəxanada kobud pozuntular aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yoxlamaları davam etdirir. Verilən məlumata görə, yoxlamalar zamanı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası və Siyəzən Müalicə Diaqnostika Mərkəzində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təş


16.05.2021 - 21:23

"Bunu sənə bağışlamayacağam" - Afaq Bəşirqızı

Cənazən həyətdə qaldı, əlaqədar təşkilatların başı çox qarışıq idi, Xalq artisti Arif Quliyev yada düşmədi, biganəlik oldu... "Çox qəribədir, həyatın da qəribə keçdi, sən də bu həyatdan doğaraq çox qəribə bir insan oldun. Heç zarafatından qalmadın, bu gün doğulursan, artıq özün haqqında xatirə danışdırırsan. Heyf səndən, heyf! Sən o dar, qaranlıq qəbirdə necə hə


15.05.2021 - 20:33

Övladlarına görə işdən qovulan məmurların SİYAHISI

Azərbaycan mediasında müxtəlif dövrlərdə məmur övladlarının özbaşınalıqları və qanunsuz əməlləri ilə bağlı xəbərlər yayımlanıb. Onların bir çoxunun əməllərindən sonra ataları ya işlərindən azad olunub, ya da ciddi töhmət alıblar. Qanunları heçə sayaraq müxtəlif cinayətlər törədən və onların törətdikləri bu cinayətlərdən sonra dövrü mətbuatda məlumatları


15.05.2021 - 16:19

Azərbaycanda ŞOK: Həkimlər qızı olan anaya oğlan uşağı verib yola salıblar - Foto

Azərbaycanda xəstəxanada anaya qızı olduğunu deyib, oğlan uşağı verdilər. Xəbər verilir ki, bu barədə "Səni axtarıram" verilişində bacısını axtaran qadın danışıb. O, söyləyib ki, ailədə 5 oğlan 4 qız olublar: "Anama qızı olduğunu söyləyiblər. Amma bacım dünyaya gələndə həkimlər xəstəxanada anama oğlan uşağı veriblər. Anam da "Bu mənim uşağım deyil"


14.05.2021 - 14:53

Azərbaycanlı youtuber vəfat etdi

Azərbaycanlı youtuber Ceyhun Əsədov vəfat edib. Xəbər verilir ki, o, ötən gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Ceyhunun beyninə qan sızıb və əməliyyat olunub. Bir ay komada qalan youtuber Tovuzda müalicə alırdı. Qeyd edək ki, Ceyhunun 37 yaşı var idi. O, bir çox müğənninin Youtube kanalını işlətməsi ilə məşhurlaşmışdı.


12.05.2021 - 09:17

HƏMAS İsrailə daha 100 raket atıb

HƏMAS hərəkatının "İzzəddin al-Kassam briqadası" silahlı qanadı İsrailin Hərbi Hava Qüvvələrinin zərbələrinin yenidən başlanmasına cavab olaraq bu ölkənin cənubundakı Beer-Şev şəhərinə tərəf 100 raket buraxıb. Xəbər verilir ki, bu barədə HƏMAS-ın bəyanatında bildirilir. "İndi çoxmərtəbəli yaşayış binalarına düşmənin zərbələrinin yenidən başlanmasına cavab olaraq işğal altındakı Beer-Ş


11.05.2021 - 21:07

Yeni doğulan körpələri öldürən tibb bacısı məhkəmə qarşısına çıxarılır

Yeni doğulan körpəni öldürməkdə şübhəli bilinən tibb bacısı məhkəmə qarşısına çıxarılacaq. Xəbər verilir ki, Böyük Britaniyada Lyusi Letbi adlı tibb bacısının körpələri öldürməkdə ittiham edilir. Belə ki, 31 yaşlı tibb bacısının Çesterdəki xəstəxanada bir il ərzində 5 oğlan və 3 qız uşağını öldürdüyü deyilir. Lyusi 2019-cu ildə həbs olunub və istintaqı hələ də


11.05.2021 - 17:40

Koronavirusa yoluxan Mətanət İsgəndərlidən xəbər var

Koronavirusa yoluxan Əməkdar artist Mətanət İsgəndərlinin səhhəti yaxşılaşır. Xəbər verilir ki, bu barədə aparıcı Sərxan Kərəmoğlu məlumat verib. O bildirib ki, hazırda xəstəxanada olan sənətçinin vəziyyəti düzəlib: “Hər gün xəstəxana ilə danışıram. Hazırda durumu yaxşıdır. Müalicə alır. Ağır günləri geridə qoydu. Mətanət İsgəndərli ölümdə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41