Cümə axşamı, 09 May

Axtarış

xəstəxana” üzrə 1697 nəticə tapıldı

01.05.2024 - 10:06

Oğuzun 77 yaşlı sakini sirkə turşusundan zəhərləndi

Oğuzda 77 yaşlı qadın sirkə turşusundan zəhərlənib. Məlumata görə, axşam saat 20 radələrində rayonun Muxas kənd sakini 1947-ci il təvəllüdlü Saniyə Şükür qızı İdrisova kəskin zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı 77 yaşlı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. S.İdrisovanın vəziyyəti ağır olduğ


29.04.2024 - 16:38

Qazaxda mina partlayışı olub, xəsarət alan var

Qazax rayonunda mina partlayışı baş verib, xəsarət alan var. Bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, aprelin 29-da qeydə alınan mina partlayışı nəticəsində xəsarət alan şəxs əməliyyata götürülüb, ayağının bir neçə barmağı amputasiya olunub. Onun durumunun stabil olduğu vurğulanıb. Minaya düşən şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu ehtimal edilir.


28.04.2024 - 14:55

Hacıqabul sakinini gürzə sancıb

Hacıqabul sakinini ilanı vurub. Məlumata görə, Hacıqabul rayonunun Udulu kənd sakini, 1993-cü il təvəllüdlü Aytəkin Məmməd qızı İsfaliyevanı gürzə sancıb. Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən 31 yaşlı qadına ilan zəhəri əleyhinə zərdab vurulub.


28.04.2024 - 12:10

Ağdamda tank əleyhinə mina partladı: Xəsarət alan var

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib. Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Vidadi Vüqar oğlu Hüseynov idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank ə


27.04.2024 - 18:02

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib. Xəbər verilir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, Agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət


27.04.2024 - 09:00

Azərbaycanda ata və iki oğlu BIÇAQLANDI

Mingəçevir şəhərində makler və onun iki oğlu bıçaqlanıb.  "Unikal"ın məlumatına görə, hadisə M.Maqomayev prospektində baş verib. Daşınmaz əmlakın satışı ilə məşğul olan makler Canpolad Qarayev, oğlanları Elvin və İbrahim Qarayevlərin Elvin Abdullayevlə aralarında baş verən mübahisə qanlı davaya çevrilib. Ata, oğlanları və münaqişə iştirakçısı olan dördüncü şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisə


26.04.2024 - 18:41

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. Əldə etdiymize məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanın özünə antibiotik iynəsi vurduqdan bir qədər sonra vəziyyətinin pisləşərək şoka düşdüyü məlum olub. G.


23.04.2024 - 15:16

Məşhur reper silahlı hücumda ÖLDÜRÜLDÜ - FOTO

Məşhur müğənni Castin Biberin yaxın dostu və Trippie Redd ilə işbirliyi ilə tanınan reper Kris Kinq 33 yaşında Neşvildə öldürülüb. Xəbər verilir ki, məşhur reper odlu silahdan açılan atəş nəticəsində həyatını itirib. Neşville polisinin verdiyi məlumata görə, 33 yaşlı reper “Hayes Street” otelinin dayanacağında yaralı halda tapılıb. O, aparıldığı xəstəxanada dünyasını dəyişib. Kinqin keçmiş otaq yoldaşı müğənni Castin


23.04.2024 - 14:53

Naxçıvandan dəhşətli xəbər gəldi: Ölənlər var

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Ərəzin kəndi ərazisində baş verən hadisədə “Chevrolet Nova” markalı avtomobillə “Tofaş” markalı avtomobil toqquşub. Nəticədə avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm adlı şəxs hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu isə yaralanıb. Onlar Naxçı


22.04.2024 - 19:08

Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO

Tanınmış aparıcı Aytən Səfərovanı (Piriyeva) “Xəzər” TV-nin “Xəbər ertəsi” verilişində jurnalist Ruzanna Kərimli əvəz edib. Xəbər verilir ki, R.Kərimli artıq bu gündən işinin icrasına başlayıb. Xatırladaq ki, aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub.


22.04.2024 - 11:08

Azərbaycanda yeni doğulmuş uşaqların ölümünə görə həkimlərə cəza verildi

Ağdaş Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Ziyafət Rüstamova və Rahilə Xəlilovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Əldə etdiyimiz məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ziyafət Rüstamova 1 il 6 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum olunub. Onun barəsində Cinayət Məcəllə


22.04.2024 - 09:22

Göyçayda maşın iki piyadanı vurub

Goyçayda yol-nəqliyyat hadisəsi olub. Xəbər verilir ki, hadisə zamanı "Mercedes-Benz" markalı avtomobil iki piyadanı vurub. Qəzada xəsarət alan 1978-ci il təvəllüdlü Könül Kərim qızı Mürsəlova və 1972-ci il təvəllüdlü Reyhane Mehdiyeva Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32