“şirkət” üzrə 1852 nəticə tapıldı
ABŞ Prezidenti Cozef Bayden ölkədə "TikTok"u qadağan edən qanun imzalayıb. Bu barədə xarici mediaya istinadən xəbər verir. Qanuna əsasən, "TikTok"un sahibi olan "ByteDance" şirkətinə tətbiqdən imtina etmək üçün doqquz ay vaxt verilir, əks halda o, ABŞ-də bloklanacaq. Beləliklə də, çinlilərin ultra-populyar sosial şəbəkənin satışı ilə bağlı razılığa gəlmək üçün bir ilədək uzatmaq imkanı ilə doqquz ay vaxtı var. Bu müddətdə satış
2024-cü ilin birinci rübündə Amerikanın və dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı "Tesla Inc."in gəlirləri 9 faiz, xalis mənfəəti isə 2,2 dəfə azalıb. Xəbər verilir ki, bununla belə, şirkətin səhmləri mənfəət hesabatının dərcindən sonra hərraclarda 13 faizdən çox bahalaşıb. Hesabatda "Tesla" daha çox aşağı büdcəli avtomobillər də daxil olmaqla, robotaksilərin və yeni elektrik avtomobil modellərinin inkişafına
Ötən ilin mayında fəaliyyətə başlayan taksi şirkəti bağlanıb. Xəbər verilir ki, taksi fəaliyyəti ilə məşğul olan "Uklon" şirkəti fəaliyyətini dayandırıb. Bununla bağlı tətbiqdən istifadə edən müştərilərə və taksi sürücülərinə xüsusi bildiriş göndərilib. “30 apel 2024-cü ildən etibarən Uklon avtomobil çağırış xidmətinin və müvafiq tətbiqinin Azərbaycanda fəaliyyətini dayandırır”, -
"WhatsApp" tərtibatçıları yeni funksiya təqdim etməyə hazırlaşırlar. Messencerin "Android" 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət açıqlanıb. "WhatsApp"da fayl paylaşımı dövrü "WhatsApp" yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. Bu yolla istifadəçilər internetsiz faylları paylaşa biləcəklər. Şirkət həmçinin paylaşılan faylların ş
Dünyanın ən böyük tikinti materialları istehsalçısı olan Almaniyanın “Knauf” şirkəti Rusiyadakı biznesini yerli idarəetməyə təhvil verməyə hazırlaşır. Xəbər verilir ki, bu barədə şirkətin press-relizində deyilir. “Mövcud hadisələr fonunda “Knauf Group” 30 ildən çox fəaliyyət göstərdikdən sonra Rusiyadakı biznesindən imtina etmək qərarına gəlib. Şirkət gələcəkdə 4000-dən çox işçi üçün iş yerlərini qorumaq məqsə
Naxçıvanın keçmiş maliyyə naziri, 144 milyon manatlıq yeyintidə ittiham olunan Rəfael Əliyevin məhkəməsi başlayanda mediada bu proseslə bağlı “böyük başların” hədəfdə olduğu barədə yazılmışdı. “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov demişdi ki, Rəfael Əliyevin özbaşına 144 milyon manatı mənimsəməsi mümkünsüzdür: “Rəfael Əliyev vəzifədə olduğu müddətdə Naxçıvan rəhbərliyində
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib. Xəbər verilir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan “MKT İstehsalat Kommersiya” MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Səbinə Nuriyeva iş üzrə hakim təyin edilib. Şamo Ağayevin iddia tələbi işə
“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. Xəbər verilir ki, uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Aprelin 18-də saat 20:10-da Bakıdan qalxan təyyarə yerli vaxtla saat 00:30-da Kəraçiyə çatıb. Geri dönüş isə yerli vaxtla saat 01:30-da baş tutur və saat 04:20-də təyyarə Azərbaycan paytaxtına enir. Kə
“Boston Dynamics” şirkəti tam elektriklə işləyən Atlas robotlarının yeni nəslini təqdim edib. Şirkətin saytında bildirilib ki, əvvəlki model hidravlik ötürücülərə əsaslanırdı. Yeni Atlas artıq müxtəlif sənayelərdə istifadə olunan “Stretch” robot qolu və “Spot” robot iti ilə birlikdə kommersiya məhsulu olacaq. Şirkətin ilk müştərisi “Hyundai”dır. O, insanabənzər robotu avtomobil istehsalat müəssisələrində sınaqdan keçirmək üçün istifadə edə
Azərbaycanda taksi xidməti ilə bağlı yeni qəbul olunan qərardan sonra bir çox sahibkar və şirkət avtomobil parkını yeniləməyə başlayıb. Yenilənən avtomobillər arasında "Toyota Prius" markalı maşınlar üstünük təşkil edir. Məlumata görə, yeni qaydalar iyulun 1-dən tətbiq olunmağa başlayacaq. Bu o deməkdir ki, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək.
"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər. Məlumata görə, bu barədə şirkətin bloqunda bildirilib. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək. Belə ki, messencerə üç filtr əlavə edilib: "Hamı", "Oxunmamış" və "Qruplar". "Hamı" filtrini seçərkən istifadəçi bütün yazışmalarını görəcək. "Oxunmamış" seçimini etsəniz,
“Formula 1”ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib. Əvvəlki yazılarımızda ittihamın mahiyyəti ilə bağlı məlumat yaymışdıq. Bu gün prokuror cinayət əməli haqda istintaq materiallarında