Bazar ertəsi, 13 May

Rus qırıcısı havaya qaldırıldı: ABŞ kəşfiyyatından həmlə

image

Bu gün Rusiyanın MiQ-31 qırıcısı Sakit okeanın neytral suları üzərində strateji kəşfiyyat təyyarəsinin ölkə sərhədlərinə yaxınlaşması səbəbindən havaya qaldırılıb.

Xəbər verilir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin idarəetmə mərkəzi yayıb.

“2021-ci ilin 10 aprel tarixində Sakit okeanın neytral suları üzərində Rusiya hava məkanına nəzarət cihazları ölkə sərhədinə yaxınlaşan hava hədəfini aşkar edib. Hava hədəfini müəyyənləşdirmək və dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün Şərq Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən MiQ-31 qırıcısı havaya qaldırılıb”, - Rusiya Müdafiə Nazirliyi bildirib.

Rus qırıcısının qarşısında ABŞ Hərbi Hava Qüvvələrinin RC-135 strateji kəşfiyyat təyyarəsi olduğu müəyyənləşdirilib. MiQ-31 ABŞ kəşfiyyat təyyarəsini Sakit okean üzərində müşayiət edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00