Bazar, 28 Aprel

Qazaxıstan Prezidenti etirazlara görə nazir müavinini İŞDƏN ÇIXARDI

image

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin müavini Darın Tuyakovu vəzifəsindən azad edib.

Xəbər verilir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Tuyakov Darın Şılbınoviç Qazaxıstan Respublikası müdafiə nazirinin müavini vəzifəsindən azad edilib”, – deyə məlumatda bildirilir.

Tokayev bir gün əvvəl bildirib ki, o, Murat Bektanovu müdafiə naziri vəzifəsindən azad edib, çünki nazir yanvar hadisələri zamanı komandanlıq qabiliyyəti nümayiş etdirə bilməyib.

Onun sözlərinə görə, Qazaxıstan Silahlı Qüvvələri “etibarsız və səriştəsiz rəhbərlik ucbatından” onların qarşısında qoyulan tapşırıqları yerinə yetirməyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39