Cümə axşamı, 02 May

“Paşinyan mənə vəd verdi ki...” - Qasparyandan şok iddia

image

Ermənistan Baş naziri Nikol Paşinyan Baş Qərargahın keçmiş rəisi Onik Qasparyana istefa verəcəyini vəd edib.
 
Aftafa.tv xəbər verir ki, bu barədə “Hraparaq” qəzeti məlumat yayıb.
 
Qəzet Qasparyanın vəzifəsindən getməzdən əvvəl müxtəlif siyasətçi və ictimai xadimlərlə bir sıra görüşlər və telefon danışıqları keçirdiyini, onları baş nazirin istefasına və erkən seçkilərin keçirilməsinə nail olmaq niyyətində olduğuna əmin etdiyini yazıb.
 
Üstəlik, qəzetə görə, görüşlərdən birində Qasparyan Paşinyanı istefaya və erkən seçkilərə getməyə inandıra bilib.
 
Ermənistandakı daxili siyasi böhran Baş Qərargahın fevralın 25-də hökumətin istefasını tələb etməsindən sonra daha da pisləşib. Baş nazir bunu “çevriliş cəhdi” adlandırıb və Onik Qasparyanı tutduğu vəzifədən azad edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15