Çərşənbə, 15 May

İpoteka ilə mənzil almaq ciddi problemə çevrilib - VİDEO

image

Son illər paytaxtda mənzillərin xeyli bahalaşması ipoteka krediti ilə mənzil sahibi olmaq istəyənləri də seçim qarşısında qoyub. 

Mənzillər bahalaşdığı üçün ipoteka məbləği də çox olmalıdır. 

Aparılan sorğudan da aydın olur ki, paytaxt ərazisində ipoteka ilə mənzil almaq hələ də bəzi vətəndaşların imkanı xaricindədir. Belə ki, əvvəllər Bakıda 50-60 min manata satılan bina evlərini hazırda 100 min manatdan ucuz qiymətə tapmaq müşkülə çevrilib. 

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov "Xəzər Xəbər"ə bildirib ki, mənzillərin qiyməti artdıqca ipoteka krediti üçün aylıq ödənişlərin də məbləği artır.

Ekspert onu da vurğulayıb ki, qiymət baxımından yeni tikilən binalar bəzi vətəndaşlar üçün, ümumiyyətlə, əlçatan deyil. Ona görə də, ipoteka kreditlərinin məbləği əmlak bazarındakı qiymət artımı ilə uyğunlaşdırılmalıdır.

Ətraflı süjetdə: 

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00