Cümə, 03 May

“Azərbaycan Laçın dəhlizinə nəzarəti daha da gücləndirməlidir” — Deputat

image

“Laçın dəhlizi Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Həmin əraziyə rus sülhməramlılarının nəzarət etdiyini vurğulayan millət vəkili oranın qalmış həm separatçı qurumlar, həm də erməni əhalisi üçün bir “nəfəs borusu”, “həyat yolu” demək olduğunu qeyd edib:

“Laçın dəhlizinin Azərbaycan tərəfindən tam nəzarətə götürülməsi Ermənistan və Qarabağ ərazisindəki separatçıların əlaqəsinin tam kəsilməsi deməkdir. Hesab edirəm ki, Azərbaycan Laçın dəhlizinə nəzarəti daha da gücləndirməlidir. Düzdür, bu gün biz audiovizual şəkildə orada baş verənləri izləyə bilirik və bütün məsələlərdən xəbərdarıq. Qeyd edim ki, keçidlərdən kimlərin keçdiyini, nə qədər avtomobillərin gəldiyini görürük, həmçinin gələn yükləri nəzarətdə saxlamaq iqtidarındayıq. Təbii ki, delimitasiya və demarkasiya məsələsi başa çatdıqdan sonra, biz orada öz sərhədimizi quracağıq, mütləq şəkildə gömrük və digər məsələləri həyata keçirəcəyik”. 

“Bu gün Laçın dəhlizi çox önəmli strateji əhəmiyyət kəsb edən dəhlizdir. Həmçinin, Azərbaycan üçün də strateji əhəmiyyətli ərazidir. Azərbaycan bu gün humanist addım ataraq, ermənilərə sülh sazişinin imzalamasını, delimitasiya və demarkasiya ilə bağlı təkliflər edir. Təbii ki, bir qalib tərəf kimi biz onlardan cavab gözləyirik. Qeyd edim ki, delimitasiya və demarkasiya məsələsi başa çatdıqdan sonra Laçın dəhlizinə nəzarət də güclü olacaq. Eyni zamanda, gələcəkdə orada hava limanının tikilməsi, quruculuq işlərinin aparılması və bir sıra infrastrukturun bərpası da gündəmdədir”- deyə, A.Nağıyev əlavə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15