Cümə axşamı, 02 May

BNA vətəndaşa bir gündə yeddi cərimə göndərdi - VİDEO

image

Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma-durma qaydalarını pozması ilə bağlı vətəndaşa bir gündə yeddi cərimə göndərib.

Aftafa.tv xəbər verir ki, bu barədə “ARB Xəbər”in hazırladığı süjetdə bildirilib.

Belə ki, taksi sürücüsü Cəlal Axundov avtomobilinin cərimə olunub-olunmamasını hər ay yoxlatdığı halda ümumilikdə 144 manat olmaqla, ayrı-ayrı vaxtlarda yazılan yeddi köhnə cərimənin ona bir gündə göndərilməsindən narazı olduğunu bildirib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, cərimənin gec göndərilməsinin səbəbi sözügedən avtomobilin lizinq şirkətinin adına qeydiyyatda olması və tənbehlə bağlı həmin şirkətin agentliyin sorğusuna gec cavab verməsidir.

Daha ətraflı süjetdə:

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15