Çərşənbə, 22 May

Bu gün Saakaşvilinin məhkəməsi olacaq

image

Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.

Xəbər verilir ki, məhkəmə Tbilisi Şəhər Məhkəməsində saat 11:00-a təyin olunub.

Proses Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə olacaq.

Saakaşvilinin məhkəmədə iştirak edəcəyi gözlənilir.

Bununla yanaşı, məhkəmənin həyətində eks-Prezidentə dəstək aksiyasının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi ilə bağlı araşdırma ötən il oktyabrın 1-i başlanılıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06