Şənbə, 27 Aprel

Körpə sakitləşdirən Bakı Nəqliyyat Agentliyi - Foto

image

Sosial şəbəkələrdə BNA-ya məxsus marşrut xəttində baş vermiş hadisə ilə bağlı video görüntülər yayımlanıb. Görüntülər 2 fevralda “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 13 nömrəli marşrut xətti üzrə avtobusunda çəkilib.

Belə ki, avtobus dayanacaqda olan vaxt sürücü körpənin dayanmadan ağladığını görüb və valideynlərinin icazəsi ilə onu sakitləşdirmək üçün qucağına alıb. Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni sakitləşdirərək valideynlərinə verib.

Müntəzəm marşrut xətti üzrə avtobus sürücüsünün təlimatına aid olmayan bu hal sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Xüsusilə nəqliyyatın sıx olduğu bir vaxtda sürcünün bu cür reaksiyası BNA ilə bağlı uzun müddətdir davam edən narazılıqları yenidən ortaya çıxarıb.

Yaxşı olardı ki, BNA sürücüləri bu cür davranışlarla yanaşı, öz xidməti vəzifələrini də düzgün şəkildə yerinə yetirmələri ilə gündəmə gələydi. Küçələrdə marşrutları aqressiv idarə edən, sərnişinlərlə münasibətdə kobudluğa yol verən, reqlamentə əməl etməyən BNA deyəsən, uşaq sakitləşdirməyi özünün əsas vəzifəsi hesab edir. BNA üçün ağlayan körpəni sakitləşdirmək, illərdir fəaliyyətdən narazı olan minlərlə sərnişini sakitləşdirməkdən daha önəmlidir.

Görünən odur ki, BNA öz təbliğatını düzgün fəaliyyət əvəzinə uşaq sakitləşdirmək üzərində qurmağı seçir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36