Çərşənbə axşamı, 21 May

Zelenskidən şok qərar - “İşim çoxdur” deyib...

image

Ukrayna Prezidenti Vladimir Zelenski iş qrafikinin sıxlığını əsas gətirərək, Almaniya Xarici işlər naziri Annalena Berbokla görüşməkdən imtina edib.

Xəbər verilir ki, Ukrayna Xarici işlər naziri Dmitri Kuleba Berbokun Kiyevə rəsmi səfəri çərçivəsində Zelenski ilə planlaşdırılan görüşünün Zelenskinin iş qrafikinin intensivliyi səbəbindən ləğv edildiyini bildirib.

Berbok isə bu səfərin Fransa Xarici işlər naziri Jan-İv Lyö Drianla planlaşdırıldığını və fransalı həmkarının proqramının ləğvi ilə bu görüşün də ləğv edildiyini deyib.

Almaniyada yayımlanan N24 telekanalı Zelenski-Berbok görüşünün Ukrayna tərəfinin təşəbbüsü ilə ləğv edildiyini iddia edib. Almaniya Xarici İşlər Nazirliyi ötən həftə Berbokun Zelenski ilə görüşəcəyini açıqlamışdı.

Almaniya Rusiya ilə savaş gərginliyi yaşayan Ukraynaya silah satmaqdan imtina edib. Ukrayna istədiyi silahların siyahısını Almaniya Müdafiə Nazirliyinə versə də, buna müsbət cavab tapmayıb. Almaniya hökuməti münaqişə ölkələrinə, o cümlədən, Ukraynaya silah verməyəcəklərini açıqlayıb. Rəsmi Berlinin qərarı Kiyevin narazılığına səbəb olub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06