Şənbə, 18 May

Türkiyəli futbolçunu güllələdilər - VİDEO

image

Türkiyənin “Çaykur Rizespor” klubunun futbolçusu Əziz Aksoy və ailəsi İstanbulda silahlı hücuma məruz qalıb.

Həmin anlar təhlükəsizlik kameralarına düşüb.

“Esenler Erokspor”da icarə əsasında forma geyən Əziz Aksoy və valideynləri yaralanıb. İddialara görə, onlara düşmənçilik zəminində hücum edilib.

Silah səsini eşidən və avtomobilin sürücü oturacağından düşən digər ailə üzvü və ətrafdakı vətəndaşlar yaralılara kömək ediblər, cinayətkar isə hadisə yerindən qaçıb.

Hücumdan dərhal sonra xəstəxanaya aparılan yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.

Hadisə yerinə gələn polis əməkdaşları şübhəlinin tutulması üçün işlərə başlayıb.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41