Çərşənbə axşamı, 21 May

ABŞ-dan ŞOK XƏBƏRDARLIQ:“Təkcə Rusiya yox, Çin də bədəl ödəyəcək!”

image

“Rusiya Ukraynanı işğal edərsə, Çin müəyyən qədər bunun bədəlini ödəyəcək”.

Xəbər verilir ki, bunu ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanı işğal edərsə, böyük sanksiyalarla üzləşəcək və Çin də bundan əziyyət çəkəcək. Çin iqtisadiyyatının təbii olaraq bundan təsirlənəcəyini bildirən Sallivan Pekinin Rusiya ilə münasibətlərində bunu nəzərə alaraq hərəkət etməli olduğu barədə xəbərdarlıq edib.

“İnanırıq ki, Pekin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı xərclərin bir hissəsini öz üzərinə götürəcək və növbəti bir neçə həftə ərzində Rusiya hökuməti ilə münasibətlərini qiymətləndirərkən bunu nəzərə almalıdır”, - Sallivan söyləyib.

Rusiyaya qarşı sanksiyaların birbaşa Çinə təsir edə biləcəyini deyən Sallivan bildirib:

“Çünki sanksiyalar Rusiyanın maliyyə sisteminə yönələcək və bu, təbii ki, Çin iqtisadiyyatına da təsir edəcək”.

Sallivan həmçinin deyib ki, Çin Rusiyaya tətbiq ediləcək sanksiyalar nəticəsində yaranacaq iqtisadi itkilərə hazır deyil. O, Çinin bunu anlayacağına inandığını vurğulayıb.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06