Şənbə, 04 May

Elton Məmmədov barəsində verilmiş şikayət icraata götürülmədi

image

Sabiq deputat Elton Məmmədov barəsində Elmlər Akademiyasının Hüquq şöbəsinin rəhbəri Kamal Əliyev tərəfindən verilmiş şikayət icraata götürülməyib.

Bu barədə K.Əliyev məlumat verib. Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında verilmiş şikayət rədd edilib. K.Əliyev qərarla razılaşmadığını, yenidən şikayət verəcəyini açıqlayıb.

Qeyd edək ki, Kamal Əliyev Elton Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunması məhkəməyə müraciət etmişdi. Kamal Əliyevin iddiasına görə, E.Məmmədov onu Tərtər hadisələrində yanlış hökm qəbul etməkdə günahlandırır.

Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri olan Elton Məmmədov həm də keçmiş deputatdır. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15