Bazar ertəsi, 29 Aprel

Peskov ukraynalılara səsləndi - “Zəngli saatlarınızı qurun”

image

Kreml bir sıra Qərb KİV-nin Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı xəbərlərinə istehzalı şəkildə reaksiya verib.

Xəbər verilir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ukraynalılara müraciət edərək zəngli saatları qurmağı və və bunu öz gözləri ilə görməyi məsləhət bilib. 

Britaniya nəşrlərinin məlumatına görə, hücum gecə saat 3-də baş verəcək.

Öz növbəsində “Mirror” nəşri də Amerika kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən bu barədə yazıb.

“Sun” həmçinin, ABŞ kəşfiyyatına istinadən gecə saat 3-ü “ən çox ehtimal olunan vaxt” kimi qeyd edir.

Peskov ukraynalıların bu gecə narahat olmalı, yoxsa rahat yata biləcəkləri ilə bağlı suala belə cavab verib: “Ən yaxşısı, zəngli saatlarını qursunlar və özləri görsünlər”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39