Bazar ertəsi, 29 Aprel

Ukrayna yaxınlığında hərbi fəallıq - Ballistik raketlər işə salındı

image

Belarusda Rusiya-Belarus birgə hərbi təlimləri çərçivəsində Ukraynaya yaxın bölgədə “Toçka” ballistik raketlərindən istifadə edilib.

Xəbər verilir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna sərhədinə yaxın Qomel şəhərinin Polyesski rayonunda 465-ci Raket Diviziyasının hərbçiləri “Toçka” taktiki ballistik raket kompleksindən atəş açıblar.

Təlim çərçivəsində Belarus Müdafiə naziri Viktor Xrenin də 70 kilometr uzaqlıqdakı hədəflərə atışları müşahidə edib.

Xrenin jurnalistlərə açıqlamasında atışların uğurlu alındığını deyib.

Birgə təlimin davam etdiyini bildirən Xrenin hərbi məşqlərin məqsədinin xarici təcavüzün və terror təhdidlərinin qarşısının alınması və Belarus-Rusiya Birlik Dövlətinin təhlükəsizliyinin təmin edilməsi olduğunu bildirib.

“Biz heç kəsi təhdid etmirik, heç bir dövləti potensial düşmən kimi görmürük”, – nazir deyib.

Təlimlərə Rusiya ordusuna məxsus iki “S-400” və “Pantsir-S” hava hücumundan müdafiə raket kompleksləri və “Su-35”, “Su-30”, “Su-25” təyyarələri də cəlb olunub. Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsindən olan bölmələri və “Mi-8” helikopterləri iştirak edir.Fevralın 10-da başlayan təlimlər fevralın 20-dək davam edəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39