Çərşənbə axşamı, 21 May

Anlaşma pozuldu: “Putin açıq-aşkar...” – Rusiya liderinə mesaj var

image

“ABŞ qondarma Donetsk və Luqansk respublikalarının müstəqil dövlət kimi tanınması qərarını qətiyyətlə pisləyir”.

Xəbər verilir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin bəyanatında deyilib.

“Duma təkliflə çıxış edəndə dediyimiz kimi, bu qərar Rusiyanın Minsk razılaşmaları üzrə öhdəliklərini tamamilə rədd etdiyini ifadə edir və Rusiyanın bəyan etdiyi diplomatiya öhdəliyinə birbaşa ziddir və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə açıq hücumdur”, - bəyanatda bildirilib.

Blinken qeyd edib ki, dünya ölkələri hərbi hədə və ya gücün tətbiqi ilə yaradılan yeni “dövlətləri” tanımamağa borcludurlar.

“Rusiyanın qərarı Prezident Putinin beynəlxalq hüquq və normalara açıq-aşkar etinasızlığının daha bir nümunəsidir”, - Blinken vurğulayıb.

O, Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı ABŞ-ın mövqeyinin qəti olduğuna əminliyini ifadə edib.

“Biz Prezident Putinin bəyanatını kəskin şəkildə pisləməklə ukraynalı tərəfdaşlarımızla həmrəyik”, - Blinken deyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06