Çərşənbə, 22 May

Ukrayna ərazisi atəşə tutuldu, İES partladıldı: Şəhər elektriksiz qaldı

image

Çərşənbə axşamı Rusiya muzdlularının Luqansk vilayətinin Şçastya şəhərində Luqansk İES-i atəşə tutması nəticəsində transformator yanıb və yanğın yaxınlıqdakı digər transformatora keçib.

Xəbər verilir ki, bu barədə Ukrayna tərəfi açıqlama yayıb.

Qeyd edilib ki, fevralın 22-i, saat 12:34-də Şçastyada müvəqqəti nəzarət olunmayan ərazidən atəş nəticəsində mərmi İES-in ərazisindəki transformatora dəyib, sürtkü yağının ətrafa dağılması alovun güclənməsinə səbəb olub. Hadisə yerinə yanğınsöndürən və xilasedicilər göndərilib. Luqansk İES-in intensiv atəşə tutulmasından sonra üç 110 və 220 kv-luq elektrik xətlərinin zədələnməsi nəticəsində Şçastya şəhəri elektrik, istilik və su təchizatından məhrum olub.

Ukrayna tərəfi qeyd edir ki, ərazini rus muzdluları atəşə tutub.

Polis avtomobillərin şəhərə girişini məhdudlaşdırıb. Fövqəladə Hallar Komissiyası Şçastiya şəhərinin atəşə tutulmasını və Luqansk İES-ə dəyən zərərin dövlət səviyyəsində fövqəladə hal kimi tanınmasını təklif edib.

Luqansk regional dövlət administrasiyasının rəhbəri S.Qaydai bildirib ki, Şçastya şəhərinin atəşə tutulması məqsədyönlü olub və kritik infrastrukturu məhv etmək məqsədi daşıyır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06