Şənbə, 04 May

Rusiya ilə Ukrayna arasında böhrana səbəb olan Donbasın hansı sərvəti var?

image

Rusiya ilə Ukrayna arasında böhrana səbəb olan bölgələrin bu qədər dəyərli olması iqtisadi səbəblərlə bağlıdır. Çünki Donbas regionu zəngin yeraltı sərvətlərə malikdir və Avropada dördüncü ən böyük mədən sahəsidir.

Bu bölgələrdə milyardlarla dollarlıq ehtiyatlar var.

Təxminən 6,5 milyon əhalisi olan və Avropanın dördüncü ən böyük mədən sahəsi olaraq təyin edilən Donbas uzun müddətdir Ukraynanın ən böyük sənaye mərkəzi və mühüm kömür hasilat mərkəzi olub. 200 il ərzində bölgədən təxminən 15 milyard ton qalıq yanacaq çıxarıldığı və kömür ehtiyatının 100 milyon ton civarında olduğu təxmin edilir.

Sovet İttifaqının dağılmasından sonra Donbasdakı şaxtaların əksəriyyəti gəlirsiz hala düşüb və bağlanıb.

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun 2019-cu il hesabatında bildirilir ki, separatçıların nəzarətində olan ərazilərdə ən azı 300 min insan daşmış mədənlərdə yaranan kimyəvi çirklənmə təhlükəsi ilə üz-üzədir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15