Çərşənbə axşamı, 21 May

Zelenski ehtiyatda olan hərbçiləri orduya çağırdı

image

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ehtiyatda olan hərbçilərinin orduya çağırıldığını elan edib.

Xəbər verilir ki, Zelenski Ukrayna ordusuna ehtiyatda olan hərbçilərin çağırılması haqqında fərman verdiyini bildirib. 

"Bu gün ümumi səfərbərliyə ehtiyac yoxdur. Biz Ukrayna ordusunu və digər hərbi birləşmələri tez bir zamanda yekunlaşdırmalıyıq. Mən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi xüsusi müddət ərzində ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması ilə bağlı fərman vermişəm", - dövlət başçısı ukraynalılara müraciətində deyib.

Ukrayna liderinin sözlərinə görə, yaxın vaxtlarda ehtiyatda olan ərazi müdafiəçiləri üçün təlim keçiriləcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06