Çərşənbə, 15 May

Rusiya 36 ölkənin hava yolları üçün səmanı bağlayıb

image

Rusiya Avropa ölkələrinin Rusiya təyyarələrinin uçuşuna qadağasına cavab olaraq 36 ölkədən olan aviaşirkətlər üçün uçuşları məhdudlaşdırıb. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin saytında məlumat yerləşdirilib.

Agentlik səmanın bağlanması qərarının “beynəlxalq hüquq normalarına uyğun olaraq əks tədbir kimi” verildiyini bildirib.

Məhdudiyyətlər Avstriya, Albaniya, İngiltərə, Belçika, Bolqarıstan, Britaniyanın Virciniya adaları, Böyük Britaniya, Macarıstan, Almaniya, Cəbəllütariq, Yunanıstan, Danimarka (o cümlədən Qrenlandiya, Farer adaları, Ərazi dənizi), Cersi, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveç və Estoniyanı əhatə edir.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya aviasiyası üçün Avropa ölkələrinin hava məkanını bağlamasına Rusiyanın reaksiyasını şərh edib. Onun sözlərinə görə, Avropa İttifaqının qərarı cavabsız qalmayacaq.

Fevralın əvvəlində bir sıra Avropa ölkələri Donbassda keçirilən xüsusi əməliyyat fonunda hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00