Çərşənbə, 15 May

NATO səhv edir, Putin onlara xəbərdarlıq etmişdi

image

NATO-nun Ukraynaya öldürücü silahlar vermək planı çox təhlükəli tendensiyadır. Halbuki Prezident Putin konfliktə hərbi müdaxilə etməmək barədə Qərbi xəbərdar etmişdi. Putin isə sözü elə-belə havaya buraxmır.

Xəbər verilir ki, bu sözləri Rusiya Federasiya Şurası sədrinin birinci müavini Vladimir Cabarov deyib.

“NATO ölkələri Ukraynaya öldürücü və adi silahlar göndərməyə hazır olduqlarını bildiriblər. Bu, çox təhlükəli ənənədir. Bizim Prezident Ukraynada xüsusi hərbi əməliyyat başladığı gün Qərb ölkələrinə konfliktə müdaxilə etməməklə bağlı xəbərdarlıq etmişdi. Vladimir Putin heç vaxt sözü havaya atmır”, - Cabarov Teleqram kanalında yazıb.

O bildirib ki, NATO ölkələri Kiyevə kömək etməklə, Rusiya ilə “sonuncu ukraynalıya qədər” savaşmaq istəyir:

“Onları Ukraynanın taleyi az narahat edir, onlar qardaş xalqlarla oynamağa davam edirlər”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00